...

Azərbaycan bankı "PaşaBank"ın aktivləri 66 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Fevral 2011 15:11 (UTC +04:00)
2010-cu ilin yekunlarına görə, Azərbaycan bankı "PaşaBank"ın aktivləri 2009-cu illə müqayisədə 66 faiz artaraq 509,074 milyon manat təşkil edib.
Azərbaycan bankı "PaşaBank"ın aktivləri 66 faiz artıb

Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir N.İsmayılova/

2010-cu ilin yekunlarına görə, Azərbaycan bankı "PaşaBank"ın aktivləri 2009-cu illə müqayisədə 66 faiz artaraq 509,074 milyon manat təşkil edib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı bankın baş əməliyyat inzibatçısı Emil Hacıyev deyib.

Bu məbləğin 36 faizini müştərilərə verilən kreditlər, 31 faizini bankın qiymətli kağızlar üzrə portfeli, 17 faizini nağd vəsaitlər və 15 faizini banklararası kreditlər təşkil edir.

Hacıyevin sözlərinə görə, bankın ümumi kredit portfeli 2009-cu illə müqayisədə 1,6 dəfə artaraq 2010-cu ildə 194,86 milyon manata çatıb. İşləməyən kreditlərin payı 0,6 faiz təşkil edib. Bu, 2009-cu ilin müvafiq göstəricisindən 0,3 faiz azdır.

2010-cu ildə bankın xalis gəliri 27 faiz azalıb və 11,694 milyon manat təşkil edib.

"Buna səbəb bazarda kreditləşmə üzrə faiz dərəcəsinin azalması, ehtiayt fondunun artırılması, bankın əməliyyatlarında planlaşdırılmayan, lakin starteji əhəmiyyətli xərclərin müəyyən edilməsidir", - Hacıyev bildirib.

Bankın faiz gəlirləri 33,842 milyon manat, faizsiz gəlirləri 5,264 milyon manat təşkil edib.

2010-cu ildə ROE indeksi 17,6 faiz təşkil edib. Bu göstərici 2009-cu ildə 16,9 faiz olub. Bankın ROA indeksi 4 faiz təşkil edib. Bu göstərici 2009-cu ildə 5,5 faiz olub.

2010-cu ildə likvidlik indeksi 171 faiz təşkil edib. Bu göstərici 2009-cu ildə 77 faiz olub. Kapitalın adekvatlıq indeksi 50 faiz olub. 2009-cu ildə bu göstərici 77 faiz olub.

Bankın kredit portfelində 49,93 faiz ticarət və xidmət sektorunun, 17,91 faiz tikinti sektorunun, 14,47 faiz sənaye və istehsal sektorunun və 10,26 faiz hotel biznesinin payına düşür.

Xəbər lenti

Xəbər lenti