...

"Bank Standard" plastik kartlar üzrə iki yeni kampaniyaya start verir

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Mart 2011 12:04 (UTC +04:00)
Mart ayının 1-dən "Bank Standard" plastik kartlar üzrə iki yeni kampaniyaya start verir. Bu barədə bankın çərşənbə axşamı yaydığı məlumatda deyilir.
"Bank Standard" plastik kartlar üzrə iki yeni kampaniyaya start verir

Azərbaycan, Bakı, 1 mart /Trend/

Mart ayının 1-dən "Bank Standard" plastik kartlar üzrə iki yeni kampaniyaya start verir. Bu barədə bankın çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Kampaniyalardan biri "Kartla ödə, "iPhone 4" qazan!" adını daşıyır və "Bank Standard" tərəfindən buraxılmış bütün kartların sahiblərini əhatə edir. Lotereya kimi nəzərdə tutulan həmin kampaniyanın uduş fondunu 10 ədəd "iPhone 4G" mobil telefonu təşkil edir. 1 mart - 31 may tarixləri arasında keçiriləcək kampaniyada iştirak etmək istəyən müştərilər "Bank Standard" kartları ilə POS-terminal, bankomat (ATM), habelə "Mobile Banking" xidməti vasitəsilə və ya İnternetdə ödənış apararaq lotereya şansları qazanırlar. Belə ki, ödənilmiş məbləğin hər 50 şərti vahidi (manat, USD, GBP, EURO) müqabilində kart sahibi bir lotereya şansı əldə edir. Lotereyanın tirajı iyunun 10-da keçiriləcək.

"8 mart" Beynəlxalq Qadınlar bayramına həsr olunmuş digər kampaniya çərçivəsində "Bank Standard" xanım müştərilərə müxtəlif plastik kartları 8 marta qədər böyük endirimlə təqdim edəcək. Belə ki, mart ayının 1-dən 8-nə qədər xanımlar "Maestro", "MasterCard Standard", "Web card", "GiftCard", habelə "VISA Electron", "VISA Classic" və "VISA Classic Individual" kartlarından istənilən birini cəmi 8 manata əldə edə biləcəklər. Bir illik müddətə rəsmiləşdirilən bu kartlar sifarişçinin istəyindən asılı olaraq, sahibinə xüsusi poçt xidməti ilə bayram günündə də çatdırıla bilər.

Xəbər lenti

Xəbər lenti