...

Polşa ABB-nin maliyyə dəstəyi üzrə Azərbaycana mal ixracı ilə maraqlanır

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Mart 2011 17:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 mart /Trend/

Bu günlərdə Polşada, Kopernikin vətəni Torun şəhərində beynəlxalq iqtisadi forum keçiriləcək. Forum İnteqrasiya və Əməkdaşlıq Birliyi və Polşa Milli Təsərrüfat Bankı (BGK) tərəfindən təşkil olunub. Bu barədə Azərbaycan Beynəlxalq Bankının (ABB) məlumatında deyilir.

Forumun əsas mövzusu "Transavropa rabitə sistemləri" olub. Tədbirin keçirilməsində məqsəd Polşa şirkətləri, potensial ixracatçılar və idxalatçılarla iqtisadi əlaqələrin inkişafına yardımdır.

Konfrans zamanı Polşa və Avropanın aktual problemləri müzakirə olunub. Əsas diqqət "Şərq tərəfdaşlığı", beynəlxalq ticarət mübadiləsi məsələlərinə ayrılıb. Xarici ticarətin dəstəklənməsi dövlət proqramı çərçivəsində Milli İqtisadiyyat Bankı tərəfindən Polşa məhsulları və xidmətlərinin idxalçıları üçün (ixracatçı bankların iştirakı ilə) maliyyələşmə təklif olunub. Polşa hökuməti 2015-ci ilin sonunadək proqramın həyata keçirilməsi üçün təxminən 1,5 milyard avronun ayrılmasını planlaşdırıb.

Forumun gedişində Qafqazla bağlı müzakirələr keçirilib. Müzakirələrin gedişində Azərbaycan Beynəlxalq Bankının Almaniyadakı nümayəndəliyinin rəhbəri Zaur Mahmudov çıxış edib. Forum iştirakçılarına Azərbaycanın iqtisadi inkişafı haqqında məlumat verilib, ölkənin bank sektorunun inkişaf prosesləri və dinamikası təhlil olunub və ABB haqqında məlumat verilib. Polşa tərəfdən regionumuza, o cümlədən Azərbaycanda Polşa ixracının həyata keçirilməsi imkanlarına böyük maraq göstərilib.

ABB nümayəndələri tərəfindən Polşa İxrac Agentliyinin (KUKE) sığorta örtüsü ilə Azərbaycana Polşa ixracının maliyyələşdirilməsi sahəsində bankın imkanları təsvir edilib.

Hər il forumda 40 ölkədən 1000-ə yaxın nümayəndə iştirak edir. Onların arasında aparıcı polyak ixracatçılar, ticarət müşavirləri, səfirliklərin ticarət və investisiyalara yaradım şöbələrinin, xarici bankların və şirkətlərin, eləcə də Mərkəzi və Şərqi Avropa, Asiya və Qafqaz ölkələrindən olan nümayəndələri, Milli Təsərrüfat Bankı (BGK) və sığorta şirkətlərinin təmsilçiləri iştirak edirlər.

Xəbər lenti

Xəbər lenti