...

AXA MBASK sığorta şirkəti yeni ofisə köçüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Mart 2011 14:12 (UTC +04:00)
AXA MBASK sığorta şirkətinin Mərkəzi ofisi Tbilisi prospekti, 49/c ünvanında yerləşən yeni binaya köçüb.
AXA MBASK sığorta şirkəti yeni ofisə köçüb

AXA MBASK sığorta şirkətinin Mərkəzi ofisi Tbilisi prospekti, 49/c ünvanında yerləşən yeni binaya köçüb.

İndi АХА MBASK şirkətinin əsas ofisi "Chirag Plaza" biznes mərkəzinin 6-cı mərtəbəsində yerləşir.

Şirkətin əsas ofisinin əlaqə nömrələri dəyişməyib : (012) 596 55 70, (012) 596 55 72 (faks).

Mərkəzi ofisdə şirkət rəhbərliyi, habelə sığorta ödənişləri departamenti də daxil olmaqla, şirkətin struktur bölmələrinin əsas hissəsi yerləşəcək .

Satış departamenti Həzi Aslanov, 80/9 ünvanında yerləşən ofisə köçüb. Bu ofisdə şirkətin Bakı ofisi yerləşəcək, daha doğrusu Bakı şəhərində sığorta polislərinin satışı bu ofisdə yerinə yetiriləcək. Bakı ofisinin əlaqə nömrələri bunlardır: (012) 498 91 90, (012) 596 70 00, (012) 498 10 62 (faks).

АХА MBASK şirkəti öz müştərilərindən, sığorta ödənişləri ilə bağlı məsələlərlə əlaqədar "Chirag Plaza"da yerləşən ofisə, sığorta polislərinin əldə edilməsi ilə bağlı məsələlərlə əlaqədar isə H.Aslanovda yerləşən ofisə müraciət etmələrini xahiş edir.

Ötən ilin oktyabr ayında MBASK Sığorta Şirkəti özünün əsas səhmdarını dəyişib. Şirkətin səhmlərinin nəzarət zərfini (51 faiz), özünün AXA Sequros Generales, S.A, De Sequros Y Reasequros (İspaniya) törəmə şirkətinin vasitəsilə AXA Group (Fransa) satın alıb.

2010-cu ilin dekabr ayının 7-də MBASK-ın lisenziyası, şirkətin adının dəyişməsi ilə əlaqədar, AXA MBASK-a dəyişdirilib.

AXA Group maliyyə mühafizəsi sahəsində dünya lideridir. АХА Group öz fəaliyyətini, daha çox Avropada, Şimali Amerikada və Asiya-Sakit okean regionunda cəmləşdirərək, dünyanın 57 ölkəsində həyata keçirir.

Xəbər lenti

Xəbər lenti