...

Yapon şirkətləri Azərbaycandan metanol alınmasında maraqlıdırlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Mart 2011 13:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 mart /Trend, müxbir N.İsmayılova/

Azərbaycanın AzMeCo şirkətinin metanol zavodunun istehsal etdiyi məhsulun 90 faizi ixrac ediləcək. Bu barədə çərşənbə günü şirkətin idarə heyətinin sədri Nizami Piriyev bildirib.

"Metanol gələcəyin yanacağıdır. Bu gün dünyada ona tələbat durmadan artır ki, buna yeni texnologiyaların inkişafı da yardım edir. Metanol alışına "Mitsubishi", "Vitol", "Mitsui" və digər iri şirkətlər maraq göstərirlər", - Piriyev bildirib.

Onun sözlərinə görə, Türkiyənin metanola tələbatı ildə 400 min ton təşkil edir.

"İşə salınan zaman zavodun gücü 560 min ton təşkil edəcək, lakin onun və karbon qazı tullantılarının atmosferdən yığılması üzrə əlavə metodologiyaların tətbiqi ilə istehsal ildə 720 min tona çatdırılacaq", - Piriyev bildirib.

Bu həcmin 90 faizindən çoxu ixrac ediləcək. Lakin o hesab edir ki, gələcəkdə Sumqayıt texnoparkının yaradılmasının yerli sahibkarlarla əməkdaşlığın inkişafına kömək edəcəyinə ümid etmək olar.

Xəbər lenti

Xəbər lenti