...

Azərbaycanın iri sement istehsalçısı bazarda saxta sementin olduğunu bildirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Mart 2011 16:48 (UTC +04:00)
Azərbaycanda iri sement istehsalçısı "Qaradağ Sement" ASC istehlakçıları sement alan zaman daha diqqətli olmağa çağırır.
Azərbaycanın iri sement istehsalçısı bazarda saxta sementin olduğunu bildirir

Azərbaycan, Bakı, 2 mart /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycanda iri sement istehsalçısı "Qaradağ Sement" ASC istehlakçıları sement alan zaman daha diqqətli olmağa çağırır. Trend-in məlumatına görə, bu barədə strukturun çərşənbə günü yaydığı məlumatda deyilir.

"Son aylar ərzində aşkar edilib ki, bəzi sement istehlakçılarına "Qaradağ Sement" zavodunun orijinal məhsulu qismində aşağı qiymətə saxta qalaq sementi təklif olunub. Alıcılara sübut kimi saxta qaimə təqdim edilib", - məlumatda deyilir.

Bununla əlaqədar "Qaradağ Sement" ASC müştərilərin və digər sement istehlakçılarının diqqətinə çatdırır ki, orijinal yüksək keyfiyyətli sementin alınması üçün bilavasitə zavoda müraciət etsinlər.

"Bütün müştərilər üçün sementin qiyməti eynidir", - məlumatda deyilir.

Cədvəldə tikinti şirkətləri, beton zavodları və digər alıcılar üçün "Qaradağ Sement" şirkətinin məhsullarının real qiyməti əks olunub. Qiymətlər 15 oktyabr 2010-cu ildə təsdiq edilib:

Məhsul

Növ

Zavoddan satış qiyməti

ƏDV-siz

ƏDV ilə

AZN/tоn

AZN/tоn

SEM II/B-P 32,5 R OPTIMAL

qalaq

90

106.2

SEM II/B-P 32,5 R OPTIMAL

kisə

115

135.70

SEM II/B-P 32,5 R SPESIAL

kisə

121

142.78

SEM II/B-P 32,5 R SPESIA

qalaq

101

119

SEM II/A-P 42,5 R EKSPERT

kisə

105

124

SEM II/ B- P 32,5 R /ППЦ 400 SOLID
(sulfata dözümlü)

qalaq

132

156

SEM I 52.5 N EKSPERT PLUS

qalaq

115

135.70

SEM I 52.5 N EKSPERT PLUS

kisə

128

151.04

"Qaradağ Sement" ASC Azərbaycanda sement və klinkerin yeganə istehsalçısıdır. Şirkət ölkə bazarının böyük hissəsini həm yerli, həm də beynəlxalq standartlara cavab verən yüksək keyfiyyətli məhsulla təmin edir.

Qaradağ sement zavodunun əsasında 1999-cu ildə yaradılan "Qaradağ Sement" ASC qısa müddət ərzində Azərbaycanın daxili bazarında böyük uğurlar qazanıb.

Hazırda "Qaradağ Sement" ASC-nin məhsulundan Azərbaycanda özündə qlobal enerji layihələrini də birləşdirən böyük tikinti layihələrinin həyata keçirilməsində geniş istifadə olunur.

Xəbər lenti

Xəbər lenti