...

Azərbaycanda istehlak məhsullarının qiymətinin süni artımının qarşısını almaq üçün tədbirlər gücləndiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Mart 2011 18:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 mart /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi ölkədə kənd təsərrüfatı məhsullarının süni şəkildə artırılmasının qarşısını almaq üçün tədbirlər görür. Bu barədə Trend-ə çərşənbə günü nazirliyin bitkiçilik şöbəsinin müdiri Sabir Vəliyev deyib.

"Bazarda qiymətlərin tənzimlənməsi Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyətlərinə daxil olmasa da, qiymətlərin süni artımının qarşısını almaq üçün əkin sahələrinin artırılması və məhsulun məhsuldarlığına təşviq edəcəyik", - Vəliyev qeyd edib.

Onun sözlərinə görə, 2011-ci ildə ölkədə əkin sahələrinin artırılması nəticəsində böyük məhsuldarlıq gözlənilir.

Hazırda taxılın əkin sahələri 6 hektaradək artırılıb, tərəvəz və bostan bitkiləri 2010-cu ildəkindən çox əkiləcək.

Üzümçülüyün inkişafı üzrə ciddi tədbirlər görüləcək.

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyindən dediklərinə görə, nazirlik qiymətlərin süni şəkildə artırılmasının qarşısını almaq üçün ölkənin istehlak bazarına nəzarət üzrə tədbirləri gücləndirəcək.

"Qiymətlərin süni şəkildə artırılmasının qarşısını almaq üçün nazirlik ölkənin istehlak bazarında monitorinqləri davam etdirəcək və belə faktların qarşısını almaq üçün qanunvericilikdə nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsini təmin edəcək", - nazirlikdən qeyd ediblər.

Xəbər lenti

Xəbər lenti