...

Azərbaycan Nəqliyyat Nazirliyi bəzi avtomobil yollarının yenidənqurulması və tikintisi üzrə tender elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Mart 2011 12:37 (UTC +04:00)
Azərbaycan Nəqliyyat Nazirliyi "Azəryolservis" SC avtomobil yollarının yenidənqurulması və tikintisi üzrə on lotda tender elan edib.

Azərbaycan, Bakı, 4 mart /Trend/

Azərbaycan Nəqliyyat Nazirliyi "Azəryolservis" SC avtomobil yollarının yenidənqurulması və tikintisi üzrə on lotda tender elan edib.

Birinci lot Ələt-Hacıqabul avtomobil yolunun təmirini, ikincisi Bibiheybət məscidi ilə Bayıl bazarı arasındakı (Bakı-Astara yolunun 4-7 kilometrliyində) yolun yeni trassa keçməklə tikintisini nəzərdə tutur.

Üçüncü lot Qala dəmiryolu stansiyasına və dəniz sahilindən "Zığ dairəsi - Heydər Əliyev adına hava limanı" yolunun tikintisini, dördüncü lot Bakı-Ələt yolunun 50-69-cu kilometrlik hissəsinin yenidən qurulmasını, beşinci М2 (336 kilometrlik) - Gəncə magistralının 11 metrlik hissəsinin əsaslı təmirini, altıncı Bakı-Şamaxı avtomobil yolunda 10 kilomertlik yol qovşağının tikintisini, yeddinci lot Bakı-Ələt yolunun 2-4-cü kilometrinədək (Bayıl qəsəbəsindən Dövlət bayrağı meydanınadək) yolun tikintisini, səkkizinci Goran-Naftalan yolunun əsaslı təmirini, doqquzuncu Kürdəmir-İmişli yolunun əsaslı təmirini, onuncu Şəki-Qax-Zaqatala avtomobil yolunun Şəki-Qax (33 kilometr) hissəsinin əsaslı təmirini nəzərdə tutur.

Tenderdə iştirak etmək istəyənlər lazımi sənədləri 6 aprel saat 17:00-dək tender komissiyasına təqdim etməlidirlər.

Tender təklifi və bank zəmanəti SC-yə 13 aprel saat 17:00-dək təqdim edilməlidir. Tender təklifləri 14 aprel saat 12:00-da açılacaq.

Əlavə məlumat almaq üçün (012) 493 51 38 nömrəli telefona, eləcə də satinalmalar @office elektron poçt ünvanına müraciət etmək olar. Əlaqələndirici şəxs Əliəşrəf Rəhimovdur.

Xəbər lenti

Xəbər lenti