...

Serbiya Bakı-Belqrad-Sürix aviareysini açmağı təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Mart 2011 13:14 (UTC +04:00)
Serbiya-Azərbaycan Ticarət Palatasının təşəbbüsü ilə ölkələrarası əlaqələrin inkişaf etdirilməsi məqsədilə Bakı ilə Belqrad arasında birbaşa reyslərin açılması təklif olunub. Trend-in məlumatına görə, bu barədə palatanın prezidenti Mirko Baraç cümə günü Bakıda Azərbaycan və Serbiya iş adamlarının görüşündə deyib.
Serbiya Bakı-Belqrad-Sürix aviareysini açmağı təklif edir

Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir N.İsmayılova/

Serbiya-Azərbaycan Ticarət Palatasının təşəbbüsü ilə ölkələrarası əlaqələrin inkişaf etdirilməsi məqsədilə Bakı ilə Belqrad arasında birbaşa reyslərin açılması təklif olunub. Trend-in məlumatına görə, bu barədə palatanın prezidenti Mirko Baraç cümə günü Bakıda Azərbaycan və Serbiya iş adamlarının görüşündə deyib.

"Bu gün biz AZAL ("Azərbaycan hava yolları" QSC) rəhbərliyi ilə Bakı-Belqrad-Sürix və Sürix-Belqrad-Bakı marşrutu üzrə reyslərin açılması məsələsinin nəzərdən keçirilməsi üçün görüşürük. Başa düşürük ki, Bakı-Belqrad reysi iqtisadi cəhətdən sərfəli olmayacaq. Hesab edirik ki, Bakı-Belqrad-Sürix reysinin təşkili zamanı Sürix, Belqrad və ya Bakı tranzitinə qoşulacaq sərnişinlərin sayı bu marşrutu effektli edəcək", - Baraç bildirib.

Bugünkü danışıqlar Serbiyanın JAT aviaşirkəti və "Azərbaycan hava yolları" milli aviaşirkəti arasında keçiriləcək.

Xəbər lenti

Xəbər lenti