...

2010-cu ilin yekunları üzrə Azərbaycanın xarici dövlət borcu ÜDM-in 7,42 faizini təşkil edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Mart 2011 13:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir N.İsmayılova/

Yanvarın 1-nə olan vəziyyətə görə, Azərbaycanın xarici dövlət borcu 3857,3 milyon dollara çataraq ÜDM-in 7,42 faizini təşkil edib. Bu barədə bazar ertəsi ölkənin Maliyyə Nazirliyindən məlumat verilib.

2010-cu il yanvarın 1-də bu göstərici 3421,8 milyon dollar, yaxud ÜDM-in 7,95 faizini təşkil edib. İl ərzində ölkənin xarici dövlət borcu 12,7 faiz artıb.

Ötən il üzrə xarici borc limiti 2,5 milyard manat səviyyəsində müəyyən edilib.

2010-cu il üzrə xarici dövlət borcunun ödənilməsi limiti 208,717 milyon manat, o cümlədən hesablanmış faizlər üzrə 122,872 milyon manat və əsas borc üzrə 85,845 milyon manat təşkil edib.

Xarici borc öhdəliklərinin yerinə yetirilməsi üzrə problem yaranacağı halda, dövlət büdcəsində təminat fondu yaradılıb. Ötən il onun həcmi 100 milyon manat həcmində müəyyən edilib. Fonddakı vəsaitlərin orta illik həcmi hesabat dövründə təmin olunmuş dövlət zəmanətli kredit və borclar üzrə gözlənilən maliyyə öhdəliklərinin ümumi həcminin 25 faizindən az olmalıdır.

Martın 7-nə olan rəsmi məzənnə 0,7938 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti