...

Azərbaycan İpoteka Fondu bəzi sığorta xidmətləri üzrə müsabiqə elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Mart 2011 16:47 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankı (AMB) yanında Azərbaycan İpoteka Fondu (AİF) bəzi sığorta xidmətlərinin alınması üzrə müsabiqə elan edib.
Azərbaycan İpoteka Fondu bəzi sığorta xidmətləri üzrə müsabiqə elan edib

Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir N.İsmayılova/

Azərbaycan Mərkəzi Bankı (AMB) yanında Azərbaycan İpoteka Fondu (AİF) bəzi sığorta xidmətlərinin alınması üzrə müsabiqə elan edib. Bu barədə bazar ertəsi AİF-in rəsmi mətbuatda dərc olunan məlumatında deyilir.

Məlumata görə, AİF müsabiqə çərçivəsində fondun balansında olan avtomobil vasitələrinin sığortası, əməkdaşların könüllü tibbi sığortası, fondun inzibati binasının və bütün əmlakının sığortası üçün sığorta şirkətinin seçilməsini planlaşdırır.

Hər bir müsabiqə üzrə iştirakın dəyəri 50 manat təşkil edir. Sığorta şirkətlərindən ərizələr aprelin 4-dək qəbul olunacaq. Sığorta şirkətlərinin təkliflərinin qiymətləndirilməsi 5 aprel saat 15:00-da AİF-in inzibati binasında keçiriləcək.

AİF 2005-ci ilin dekabr ayında yaradılıb. Cari ilin yanvar-fevral aylarında AİF xətti ilə 8,8 milyon manat məbləğində ipoteka krediti verilib. Bu gün 22 bank AİF-in müvəkkil bankıdır.

Martın 7-nə olan rəsmi məzənnə 0,7938 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti