...

Azərbaycan Gömrük Komitəsi fevralda dövlət büdcəsinə 70 milyon manatdan çox vəsait köçürüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Mart 2011 13:57 (UTC +04:00)
Azərbaycan Dövlət Gömrük Komitəsi fevralda gömrük rüsumları və vergilərin toplanması hesabına dövlət büdcəsinə 70,289 milyon manat vəsait köçürüb.
Azərbaycan Gömrük Komitəsi fevralda dövlət büdcəsinə 70 milyon manatdan çox vəsait köçürüb

Azərbaycan, Bakı, 9 mart /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycan Dövlət Gömrük Komitəsi fevralda gömrük rüsumları və vergilərin toplanması hesabına dövlət büdcəsinə 70,289 milyon manat vəsait köçürüb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü DGK-dan bildirilib.

Gömrük rüsumlarından daxilolmalar 14,2 milyon manat, ölkəyə idxal olunan mallara əlavə dəyər vergisindən 48,902 milyon manat, aksizlər üzrə 3,326 milyon manat, yol vergisi 0,859 milyon manat təşkil edib.

2011-ci ildə DGK xətti üzrə daxilolmaların proqnozu 1,8 faiz (20 milyon manat) - 1,120 milyard manatadək artırılıb.

Ötən il DGK proqnozu 100,16 faiz yerinə yetirərək dövlət büdcəsinə planlaşdırılan 1,1 milyard manat əvəzinə 1 101,73 milyon manat vəsait köçürüb.

Martın 9-na olan rəsmi məzənnə 0, 7936 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti