...

"Parabank" "Sevin, Sevindirin" lahiyəsinə start verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Mart 2011 13:56 (UTC +04:00)
"Uşaqlar bizim gələcəyimizdir. İrqindən, dinindən, sosial statusundan asılı olmayaraq, uşaqlar dünyanın ən təmiz varlıqlarıdır", - "Parabank"ın cümə günü yaydığı məlumatda deyilir.
"Parabank" "Sevin, Sevindirin" lahiyəsinə start verib

Azərbaycan, Bakı, 11 mart /Trend/

"Uşaqlar bizim gələcəyimizdir. İrqindən, dinindən, sosial statusundan asılı olmayaraq, uşaqlar dünyanın ən təmiz varlıqlarıdır", - "Parabank"ın cümə günü yaydığı məlumatda deyilir.

Hər bir uşağın təhsil almağa, yaxşı yaşamağa, gəzməyə haqqı var. Valideyn qayğısından məhrum olmuş, erkən yaşlarından həyat tərəfindən incidilmiş uşaqların isə bütün gözəllikləri dadmağa daha çox ehtiyacı var. "Parabank" bunları nəzərə alaraq, bir gün də olsa, onları sevindirdiyinə görə məmnunluq hissi keçirir.

"Parabank" ənənəvi olaraq sosial cavabdehlik prinsipini əsas tutaraq "Sevin, Sevindirin" adlı lahiyəsi çərçivəsində Novruz bayramının gəlişi ilə əlaqədar martın 8-də 13 saylı internat məktəbinin uşaqları üçün Azərbaycan kinoteatrı ilə birlikdə xeyriyyə aksiyası keçirdib. Uşaqlara "Shrek forever" ("Şrek həmişə") cizgi filmi nümayiş etdirilib. Bununla yanaşı, uşaqlara müxtəlif hədiyyələr, sərinləşdirici içkilər və cərəzlər "Parabank" tərəfindən hədiyyə olunub.

Ümumiyyətlə, bank son dövrlərdə tez-tez xeyriyyə məqsədi ilə əsasən də kimsəsiz uşaqlara dəstək aksiyaları keçirir və ya bu cür tədbirlərə maddi və mənəvi dəstək olur. Buradan belə nəticə çıxarmaq olar ki, "Parabank" təkcə maliyyə əməliyyatlarını aparan bir struktur deyil, həmçinin ictimai məsələlərdə də hər zaman ön sıralarda olan bir strukturdur. Belə xeyirxah məqsədlər güdən aksiyalar hələ irəlidə, gələcək dövrlərdə də planlara daxildir.

Bankın məlumatında qeyd edilir ki, Novruz bayramında Heydər Əliyev sarayında daha belə bir tədbir keçiriləcək. "Parabank"ın kollektivi mütəmadi olaraq uşaq evlərində, həmçinin qocalar evində bayram şənlikləri keçirir, onlara sovqatlar aparır və maddi dəstək göstərir.

Xəbər lenti

Xəbər lenti