...

Bakı şəhər Vergilər Departamenti yanında vergiödəyicilərin uçotu idarəsi yaradılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Mart 2011 13:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir N.İsmayılova /

Bakı şəhər Vergilər Departamenti yanında vergiödəyicilərə göstərilən xidmətlərin keyfiyyətinin artırılması və vergi orqanlarının fəaliyyətində müasir standartların və texnologiyaların tətbiqinin genişləndirilməsi məqsədilə vergiödəyicilərin uçotu idarəsi yaradılıb. Bu barədə şənbə günü Trend-ə Vergilər Departamentinin rəis müavini Fariz Səmədov bildirib.

"Yeni idarənin fəaliyyəti qeyri-kommersiya strukturlarının, hüquqi şəxslərin filial və şöbələrinin, fiziki şəxslərin uçota götürülməsini və onların uçotdan silinməsini, dövlət kommersiya strukturları reyestrinə uyğun olmayan vergi uçotu məlumatlarında dəyişiklik edilməsini, bank hesablarının açılması məqsədilə şəhadətnamələrin surətlərinin verilməsini, ƏDV ödəyənlərin qeydiyyatını və uçotdan çıxarılmasını, kassa aparatlarını, onlar üçün qeydiyyat şəhadətnamələrinin verilməsini, plomblama və plombun götürülməsini əhatə edəcək", - Səmədov bildirib.

Onun sözlərinə görə, üç şöbədən - uçot, uçotun əlaqələndirilmnəsi və təşkilindən ibarət idarə Bakının 11 rayonunun vergiödəyicilərinə xidmət göstərəcək.

"İdarədə müasir standartlara uyğun hər cür zəruri şərait yaradılıb. Belə ki, vergiödəyicilərin idarədə qeydiyyata alınması üçün elektron ərizələrin verilməsini təmin etmək məqsədilə xüsusi internet-köşk quraşdırılıb", - o deyhib.

Səmədovun sözlərinə görə, bu idarənin yaradılması vergiödəyicilərə müasir texnologiyaların tətbiqi ilə xidmətin keyfiyyətinin yaxşılaşdırılmasına töhfə verəcək.

Xəbər lenti

Xəbər lenti