...

"Ramstore" supermarketlər şəbəkəsi bazara yeni brend və konsepsiya ilə çıxır

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Mart 2011 16:02 (UTC +04:00)
"Ramstore" supermarketlər şəbəkəsinin adı dəyişdirilərək "Bazarstore" olacaq. Bu barədə jurnalistlərə bazar ertəsi "Bazarstore"un baş direktoru Ruslan Əliyev deyib.
"Ramstore" supermarketlər şəbəkəsi bazara yeni brend və konsepsiya ilə çıxır

Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir N.İsmayılova/

"Ramstore" supermarketlər şəbəkəsinin adı dəyişdirilərək "Bazarstore" olacaq. Bu barədə jurnalistlərə bazar ertəsi "Bazarstore"un baş direktoru Ruslan Əliyev deyib.

Ticarət şəbəkəsinin brendinin dəyişdirilməsi sahibin dəyişməsi ilə əlaqədardır. Üç supermarketin daxil olduğu Azərbaycanın "Ramstore" MMC-nin 100 faizlik sahibi olan Türkiyənin iri supermarketlər şəbəkəsi "Migros Ticaret" onu fevralda 14,25 milyon dollar məbləğində digər şirkətə satıb.

"Bazarstore" öz fəaliyyətinə yeni konsepsiya ilə başlayıb və Novruz bayramı ərəfəsində bütün müştərilər üçün mallar digər şəbəkələrə nisbətən daha ucuz qiymətlərlə təqdim ediləcək", - Əliyev qeyd edib.

Onun sözlərinə görə, hazırda supermarketin məhsul çeşidi 15 min adda malı ötür. Bu məhsulun 60 faizi 25 faizədək güzəştlə təqdim edilir.

Supermarketlər şəbəkəsi tərəfindən əhalinin aztəminatlı və yoxsul təbəqəsi üçün güzəştlər ediləcək.

Bundan başqa, yeni brend qiymətlərin süni şəkildə artımının qarşısının alınması prosesində əhəmiyyətli rol oynamağı qarşısına məqsəd qoyub", - Əliyev qeyd edib.

Ticarət şəbəkəsində məhsulun keyfiyyəti və sanitar-gigiyena qaydalarına əməl olunması mütəmadi yoxlanılır.

"Bazarstore" şəbəkəsində bundan sonra ət satılacaq və toyuq ətinin çeşidi genişləndiriləcək. Bununla əlaqədar ət məhsulunun keyfiyyətinə nəzarət edən xüsusi veterinar şöbə yaradılıb.

Hazırda "Bazarstore" supermarketlər şəbəkəsində yumurtanın 1 ədədinin qiyməti 0,12 manat, un 0,85 manat, toyuq 3,1-3,55 manat, qarğıdalı yağı 2,1 manat, yaşıl noxud 1,09 manat, bananın 1 kiloqramı 2 manat, portağal 2,4 manat, şit yağı 5,9 manat, makaron (0,5 kiloqram) 0,85 manat, şəkər tozu 0,9 manatdır.

"Ramstore" MMC 1995-ci ilin oktyabrında yaradılıb. İlk supermarket isə 1996-cı ilin aprelindən fəaliyyət göstərir.

Martın 14-nə olan rəsmi məzənnə 0,7933 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti