...

2010-cu ildə Azərbaycanda dünya böhranının təsirinin neytrallaşdırılması məqsədilə adekvat siyasət aparılıb - Baş nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Mart 2011 15:06 (UTC +04:00)
Azərbaycan iqtisadiyyatına qlobal maliyyə böhranının təsirinin neytrallaşdırılması və iqtisadi sabitliyin təmini üçün 2010-cu ildə adekvat siyasət aparılıb.
2010-cu ildə Azərbaycanda dünya böhranının təsirinin neytrallaşdırılması məqsədilə adekvat siyasət aparılıb - Baş nazir

Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir İ.Xəlilova/

Azərbaycan iqtisadiyyatına qlobal maliyyə böhranının təsirinin neytrallaşdırılması və iqtisadi sabitliyin təmini üçün 2010-cu ildə adekvat siyasət aparılıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Baş nazir Artur Rasizadə Milli Məclisdə Nazirlər Kabinetinin 2010-cu ildə ölkənin sosial-iqtisadi inkişafının yekunlarına dair hesabatının müzakirəsi zamanı bildirib.

"Ötən il ölkədə aparılan pul siyasəti milli valyutanın sabit məzənnəsini, inflyasiyanın aşağı səviyyədə tənzimlənməsini təmin etməyə imkan verib", - Baş nazir qeyd edib.

Onun szölərinə görə, fiziki və hüquqi şəxslərə verilən bank kreditləri 9 faiz artaraq 9,2 milyard manata çatıb. Bunun 72 faizi uzunmüddətli kreditlərin payına düşür. Ölkənin strateji valyuta ehtiyatları ötən il ərzində xeyli artaraq praktiki olaraq 30 milyard dollara çatıb.

Hesabat dövrü ərzində Azərbaycanda güclü sahibkarlıq bazasının formalaşdırılması üçün sahibkarlığın güzəştli malyyələşdirilməsi təmin edilib. Ötən il Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 1430 subyektə 115 milyon manat məbləğində güzəştli kredit verilib.

Xəbər lenti

Xəbər lenti