...

Azərbaycanda ət və süd məhsulları istehsalçılarına qarşı maliyyə sanksiyaları tətbiq edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Mart 2011 18:27 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ət və süd məhsulları istehsalçılarına qarşı maliyyə sanksiyaları tətbiq edib.
Azərbaycanda ət və süd məhsulları istehsalçılarına qarşı maliyyə sanksiyaları tətbiq edilib

Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir N.İsmayılova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ət və süd məhsulları istehsalçılarına qarşı maliyyə sanksiyaları tətbiq edib. Trend-in məlumatına görə, bu barədə nazirliyin çərşənbə günü yaydığı məlumatda deyilir.

Məlumatda deyildiyinə görə, sanksiyalar istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verilməsi faktı ilə bağlı tətbiq edilib. Dövlət xidməti antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırıb.

Məlumata əsasən, ət məhsullarının istehsalı ilə məşğul olan Anar Rzayev və süd məhsullarının istehsalı ilə məşğul olan Adil Dörtyola qarşı müvafiq olaraq 323 manat və 1,8 min manat maliyyə sanksiyası tətbiq edilib.

Martın 16-na olan rəsmi məzənnə 0,7933 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti