...

Azərbaycanın iki lizinq şirkəti nizamnamə kapitalını artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Mart 2011 17:46 (UTC +04:00)
Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "FinansLizinq" lizinq şirkətinin ümumi məbləği 600 min manat olan adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydə alıb.
Azərbaycanın iki lizinq şirkəti nizamnamə kapitalını artırır

Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "FinansLizinq" lizinq şirkətinin ümumi məbləği 600 min manat olan adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydə alıb. Trend-in məlumatına görə, bu barədə dövlət komitəsinin cümə günü yaydığı məlumatda deyilir.

Emissiyanın yerləşdirilməsi nəticəsində şirkətin nizamnamə kapitalı indiki 1,2 milyon manatdan 1,8 milyon manatadək artırılacaq.

Dövlət şirkəti "Qafqaz Lizinq" lizinq şirkətinin ümumi məbləği 92 min manat olan adi, adlı, sənədsiz səhmlərinin emissiya prosepktini də qeydə alıb. Onlar qapalı yerləşdirmə üsulu ilə yerləşdiriləcək. Hazırda şirkətin nizamnamə kapitalı 1,9 milyon manat təşkil edir.

"FinansLizinq" ASC 2007-ci il aprelin 2-də dövlət qeydiyyatından keçib. Hazırda ASC-nin səhmdarları Azərbaycanın 16 fiziki şəxsidir. Səhmlərin əsas payı Azad Cavadov və Tuqay Şahəlizadə (hər biri 15,83 faiz), Mobil Şərifov (15,17 faiz) və İbharim İbrahimova (10 faiz) məxsusdur.

"Qafqaz Lizinq" şirkəti 2007-ci il oktyabrın 3-da yaradılıb. Şirkətin səhmlərinin 100 faizi "Qafqaz Lizinq"in təsisçisi olan Türkiyənin NAB Şirkətlər Qrupuna məxsusdur.

Martın 18-nə olan rəsmi məznnə 0,7932 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti