...

"Parabank" Novruz bayramı münasibətilə əyləncəli aksiyalar keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Mart 2011 14:04 (UTC +04:00)
"Parabank" Novruz bayramı münasibətilə martın 19-da saat 15:00-dan 21:00-dək "Park Bulvar" Ticarət və Əyləncə Mərkəzində və martın 23-dən 27-ə kimi Kukla Teatrında aksiyalar keçirib. Bu barədə bankın bazar ertəsi yaydığı məlumatda deyilir.
"Parabank" Novruz bayramı münasibətilə əyləncəli aksiyalar keçirib

Azərbaycan, Bakı, 28 mart /Trend/

"Parabank" Novruz bayramı münasibətilə martın 19-da saat 15:00-dan 21:00-dək "Park Bulvar" Ticarət və Əyləncə Mərkəzində və martın 23-dən 27-ə kimi Kukla Teatrında aksiyalar keçirib. Bu barədə bankın bazar ertəsi yaydığı məlumatda deyilir.

Promo-aksiyalarda "Parabank"ın əməkdaşları iştrak edib. "Onlar uşaqları sevindirərək onlara şar, valideynlərinə isə "Parabank"ın məhsulları ilə tanış olmaq üçün bukletlər təqdim ediblər. Bu tədbir bayram ərəfəsində uşaqları sevindirmək və əhalini "Parabank"ın yeni, rahat və əlverişli məhsulları ilə tanış etmək məqsəd ilə keçirilib", - məlumatda deyilir.

"Parabanк" təkcə öz maliyyə faydası üçün deyil, həm də öz müştərilərinə, həmçinin onların ailələrinə və doğmalarına rahatlıq və sevinc bəxş etmək üçün işləyir.

Xəbər lenti

Xəbər lenti