...

Azərbaycan MDB-nin 20 illiyi ilə bağlı keçirilən sərgidə iştirak edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Mart 2011 14:55 (UTC +04:00)
MDB-nin 20 illiyinə həsr olunmuş sərgi iyunun 28-dən iyulun 3-dək Moskvada keçiriləcək. Trend-in məlumatına görə, bu barədə Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) məlumatında deyilir.
Azərbaycan MDB-nin 20 illiyi ilə bağlı keçirilən sərgidə iştirak edəcək

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir N.İsmayılova/

MDB-nin 20 illiyinə həsr olunmuş sərgi iyunun 28-dən iyulun 3-dək Moskvada keçiriləcək. Trend-in məlumatına görə, bu barədə Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) məlumatında deyilir.

Sərgi çərçivəsində yarmarkalar, mədəniyyət festivalları və folklor tədbirləri, konsertlər, milli mətbəx günləri, MDВ iştirakçısı olan ölkələrin milli moda dəfilələri, foto sərgilər keçiriləcək. Azərbaycan milli stendinin sahəsi 504 kvadratmetr təşkil edəcək.

Sərgidə iştirak məsələləri ilə bağlı əlavə məlumat almaq üçün AZPROMO-nun İxracın inkişafı departamentinin meneceri Fərid Nuriyevə aşağıdakı telefonla müraciət etmək olar: 598 01 47 ( daxili 122), elektron poçt: [email protected].

Xəbər lenti

Xəbər lenti