...

Azərbaycanda "Can-Pa" MMC-nin məhsulunun idxalına qadağa qoyulacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Mart 2011 18:56 (UTC +04:00)
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi "Can-Pa" MMC-nin idxal etdiyi müxtəlif növ ərzaq məhsullarının keyfiyyəti, təhlükəsizliyi və standartın tələblərinə uyğunluğunu müəyyənləşdirmək məqsədilə araşdırma aparıb.
Azərbaycanda "Can-Pa" MMC-nin məhsulunun idxalına qadağa qoyulacaq

Azərbaycan, Bakı, 31 mart /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi "Can-Pa" MMC-nin idxal etdiyi müxtəlif növ ərzaq məhsullarının keyfiyyəti, təhlükəsizliyi və standartın tələblərinə uyğunluğunu müəyyənləşdirmək məqsədilə araşdırma aparıb. Trend-in məlumatına görə, bu barədə dövlət komitəsinin cümə axşamı yaydığı məlumatda deyilir.

Məhsullardan nümunələr götürülərək dövlət komitəsinin əməkdaşları tərəfindən Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) laboratoriyasına təqdim edilib.

Keçirilmiş müayinələr nəticəsində təqdim edilmiş nümunələrdən "Sincap" nişanlı çərəz nümunəsi toksiki elementlərdən qurğuşunun miqdarına, "Ece" nişanlı süfrəlik yaşıl zeytun nümunəsi isə mikrobioloji göstəricilərdən maya göbələklərinin aşkar edilməsinə görə normativ sənədlərin tələblərinə cavab verməyib.

Aşkar edilmiş nöqsanlarla bağlı müəssisəyə iradnamə və məhsul partiyalarının satışının qadağan edilməsi barədə tələbnamələr verilib, habelə istifadəyə yararsız məhsulların məhv edilməsinə dair qərar qəbul olunub. Bununla bağlı müəssisənin nümayəndəsinin iştirakı ilə dövlət müfəttişləri tərəfindən ümumu həcmi 300 kq olan "Sincap" nişanlı çərəz və 1000 ədəd 200 qramlıq "Ece" nişanlı süfrəlik yaşıl zeytun məhsulu aktlaşdırılaraq məhv edilib.

Xəbər lenti

Xəbər lenti