...

AZAL və BMI hava gəmilərinin birgə istismarı haqqında saziş imzalayıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Aprel 2011 11:13 (UTC +04:00)
2011-ci il aprelin 1-dən etibarən "Azərbaycan Hava Yolları" (AZAL) və BMI şirkətləri hava gəmilərinin birgə istismarı haqqında sazişə əsasən, London (Heathrow) və Bakı arasında reyslər həyata keçirəcək.
AZAL və BMI hava gəmilərinin birgə istismarı haqqında saziş imzalayıblar

Azərbaycan, Bakı, 2 aprel /Trend/

2011-ci il aprelin 1-dən etibarən "Azərbaycan Hava Yolları" (AZAL) və BMI şirkətləri hava gəmilərinin birgə istismarı haqqında sazişə əsasən, London (Heathrow) və Bakı arasında reyslər həyata keçirəcək. Trend-in məlumatına görə, bu razılaşma sərnişinlərə iki ölkənin paytaxtları arasında həftədə on reys təklif etmək imkanı yaradacaq.

Uçuşlar "AZAL" aviaşirkətinin Airbus A-319 və BMI-nın Airbus A-320 hava gəmilərində yerinə yetiriləcək.

Reyslərin cədvəli:

J2 6928/BD928

London - LHR

10:00-12:05

Bakı (şənbə)

J2 6928/BD928

London - LHR

10:55-13:00

Bakı (bazar günü)

J2 6928/BD928

London - LHR

11:55-14:00

Bakı (çərşənbə, cümə)

J2 6928/BD928

London - LHR

12:00-14:05

Bakı (bazar ertəsi, çərşənbə axşamı, cümə)

J2 007

London - LHR

17:55-19:55

Bakı (çərşənbə axşamı)

J2 007

London - LHR

19:05-21:05

Bakı (cümə axşamı, şənbə)

J2 6929/BD929

Bakı

13:00-22:35

London - LHR (şənbə, bazar günü)

J2 6929/BD929

Bakı

13:20-22:55

London - LHR (Bazar ertəsi, cümə)

J2 008

Bakı

22:05-07:35+1

London - LHR (çərşənbə axşamı, cümə axşamı, şənbə)

"Azərbaycan Hava Yolları" Azərbaycan Respublikasının milli aviadaşıyıcısıdır. Şirkət Bakı şəhərində yerləşir və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) üzvüdür. AZAL Avropa (London, Milan, Praqa) və MDB şəhərlərinə, Asiya ölkələrinə, həmçinin, Yaxın Şərqə reyslər həyata keçirir. Şirkətin təyyarə parkı "Airbus", "ATR" və "Boeing" təyyarələrindən ibarətdir.

BMI - London Heathrow hava limanı bazasında böyüklüyünə görə ikinci aviaşirkətdir. BMI Böyük Britaniyanın müxtəlif istiqamətlərinə, Avropaya, Mərkəzi Şərqə, eləcə də Asiya və Afrika ölkələrinə reyslər həyata keçirir.

Əlavə məlumat üçün: www.flybmi.com

Xəbər lenti

Xəbər lenti