...

Azərbaycanda bərk məişət tullantılarının yandırılması zavodunda yarımstansiyanın quraşdırılmasına tender elan edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Aprel 2011 14:46 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi bərk məişət tullantılarının yandırılması üzrə zavodda istehsal edilən elektrik enerjisinin dövlət enerji sisteminə ötürülməsi üçün müəyyən edilmiş yardımçı avadanlığın quarşdırılması işlərinə və 15/110 kilovoltluq yarımstansiyanın alışına dair tender elan edib.
Azərbaycanda bərk məişət tullantılarının yandırılması zavodunda yarımstansiyanın quraşdırılmasına tender elan edilib

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir N.İsmayılova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi bərk məişət tullantılarının yandırılması üzrə zavodda istehsal edilən elektrik enerjisinin dövlət enerji sisteminə ötürülməsi üçün müəyyən edilmiş yardımçı avadanlığın quarşdırılması işlərinə və 15/110 kilovoltluq yarımstansiyanın alışına dair tender elan edib. Trend-in məlumatına görə, bu barədə tender komissiyasının şənbə günü dərc etdiyi məlumatda deyilir.

Tenderdə iştirakın qiyməti 300 manatdır. Tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etmək lazımdır:

Yazılı, müraciət, tam adı, hüquqi statusu əks etdirən hüquqi sənədlərin notariusda təsdiq edilmiş surəti, tenderdə iştirak üçün bankın ödəniş sənədi, vergi oqranlarından icbari ödənişlər üzrə borcun olmaması haqqında arayış, vergi orqanları tərəfindən təsdiq edilən son fəaliyyət ili üçün maliyyə hesabatı, tender təklifi, tender təklifinin dəyərinin 2 faizi məbləğində bank zəmanəti, texniki imkanlar arayışı.

Tenderdə iştirak üçün sənədlər 21 aprel saat 17:00-dək, tender təklifi və bank zəmanəti 29 aprel saat 17:00-dək İqtisadi İnkişaf Nazirliyinə (Bakı, Ü.Hacıbəyov küç.40, Hökumət Evi) təqdim edilməlidir.

Tender təkliflərinin açılması 30 aprel saat 11:00-da nazirlikdə olacaq.

Balaxanı zibilyandırma zavodunun tikintisi Azərbaycan Prezidentinin 2006-cı il 28 sentyabr tarixli fərmanı ilə təsdiq olunmuş "2006-2010-cu illərdə Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılması üzrə kompleks tədbirlər planı" çərçivəsində həyata keçirilir. Zavodun gücü ildə 500 min ton bərk tullantının və 10 min ton tibbi tullantıların utilizəsinə imkan verəcək. Bu cür zavodlar dünyada "Tullantıdan enerjiyə" (Waste to Energy) sinfindən olan müəssisələr kimi tanınır. Bakıda tikilən zibilyandırma zavodu 231,5 milyon kilovat-saat elektrik enerjisi istehsal edəcək. Zavod zibilin ümumi kütləsini üç dəfə, həcmini isə 10 dəfə azaltmağa imkan verəcək. Zibilyandırma zavodu 2012-ci ilin sonlarında istismara veriləcək.

Balaxanı zibilyandırma zavodu bərk tullantıların yandırılması üzrə dördüncü nəsil zavodlara aiddir və Azərbaycan Respublikası ilə Avropa İttifaqının ən ciddi ekoloji normativ aktlarına, eləcə də ətraf mühitin mühafizəsi sahəsində bütün beynəlxalq normalara uyğundur.

Xəbər lenti

Xəbər lenti