...

Fevralda Bakının ilkin mənzil bazarında qiymətlər dəyişməyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Aprel 2011 15:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir A.Axundov/

Fevralda Bakının ilkin mənzil bazarında qiymətlər bir ay ərzində dəyişməyib, lakin bundan əvvəlki rüblə müqayisədə 1,9 faiz azalıb. Bu barədə "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin çərşənbə günü yaydığı məlumatda deyilir.

"Ötən ilin analoji dövrünə nisbətən qiymətlər 4 faiz, böhran dövrü ilə (2008-ci ilin sentyabrı) müqayisədə isə 29 faiz azalıb", - İB-nin məlumatında deyilir.

Bir ay ərzində qiymət indeksi dəyişməyərək 324,7 bənd səviyyəsində qalıb.

Məlumatda deyilir ki, fevralda Bakının ilkin mənzil bazarında orta qiymətlər əvvəlki ayda olduğu kimi bir kvadratmetri 848 manat olub.

Fevralda Bakıda tikilən binaların sayı 442 ədəd olub, onların 81 faizində tikinti işləri artıq başa çatıb və ya tamamlanma mərhələsindədir, 11 faizində inşaat artıq başlanıb və ya orta mərhələdədir, 8 faizində tikinti işləri dayandırılıb və ya çox ləng gedir.

Xəbər lenti

Xəbər lenti