...

Azərbaycan bankı "Parabank" "Dinamik inkişaf edən bank" elan edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Aprel 2011 12:11 (UTC +04:00)
Martın 28-də Kiyev şəhərində "Parabank" ASC-nin nümayəndələri "Bankir" jurnalı və "KBS-İzdat" nəşriyyatı tərəfindən təşkil olunan "MDB, Baltikyanı ölkələr və Gürcüstan - ilin bankı 2010" Beynəlxalq müsabiqəsinin qaliblərinin təltif edilməsi mərasimində iştirak edib.
Azərbaycan bankı "Parabank" "Dinamik inkişaf edən bank" elan edilib

Azərbaycan, Bakı, 8 aprel /Trend/

Martın 28-də Kiyev şəhərində "Parabank" ASC-nin nümayəndələri "Bankir" jurnalı və "KBS-İzdat" nəşriyyatı tərəfindən təşkil olunan "MDB, Baltikyanı ölkələr və Gürcüstan - ilin bankı 2010" Beynəlxalq müsabiqəsinin qaliblərinin təltif edilməsi mərasimində iştirak edib. Bu barədə bankın cümə axşamı yaydığı məlumatda deyilir.

Mərasim Kiyevin "Primyer-Palas" otelinin "Sofi's Grand Hall" konfrans zalında keçirilib. Bu müsabiqə "Bankir" jurnalı və "KBS-İzdat" nəşriyyatı tərəfindən MDB, Baltikyanı ölkələr və Gürcüstandan olan 1220 bank arasında 10 nominasiya üzrə keçirilib və "Parabank" Dinamik inkişaf edən bank nominasiyasına layiq görülüb. Bu tədbirdə "Parabank"dan Biznesin inkişafı və marketinq departamentinin direktoru F.Dadaşov və Beynəlxalq əlaqələr şöbəsinin meneceri T.Qasımov iştrak ediblər. Mükafatı Bankımızın əməkdaşına Ukraynadakı Azərbaycan səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri İrfan Davudov təqdim edib.

Müsabiqənin məqsədi - MDB, Baltikyanı ölkələr, Gürcüstan ərazisində müxtəlif sahələr üzrə fəaliyyət göstərən bank təşkilatlarının ən yaxşısının müəyyənləşdirilməsi; beynəlxalq təcrübə prinsiplərinə uyğun olaraq, qeyd olunan ölkələrin ən yaxşı bankların nailiyyətləri haqqında məlumatların ictimaiyyətə çatdırılmasıdır.

Xəbər lenti

Xəbər lenti