...

Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Turizm Assosiasiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Aprel 2011 15:49 (UTC +04:00)
Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) Azərbaycan Turizm Assosiasiyası (AzTA) ilə əməkdaşlıq müqaviləsi imzalayıb.
Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Turizm Assosiasiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbir A.Axundov/

Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) Azərbaycan Turizm Assosiasiyası (AzTA) ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Trend-in məlumatına görə, bu barədə konfederasiyanın bazar ertəsi yaydığı məlumatda deyilir.

Əsas məqsəd sahibkarlığın inkişafı və turizm sahəsində biznes mühitinin yaxşılaşdırılması, sahibkarlığın və turizm sektorunun inkişaf etdirilməsi, problemlərin aradan qaldırılması, biznes mühitinin yaxşılaşdırılması, turizm təşkilatlarının və mehmanxanaların potensial imkanlarının gücləndirilməsi, turistlərin maraqlarının müdafiə edilməsidir.

Saziş dövlət və qeyri-dövlət qurumlarının turizm şirkətləri və obyektlərinin hüquqlarının müdafiəsi, hüquqi, iqtisadi və maliyyə informasiyasının yığılması, ölkədə turizmin inkişafı üzrə proqram və layihələrin hazırlanması, birgə treninqlərin keçirilməsinə, habelə Azərbaycan sahibkarlarının xaricdə biznes-forum, konfrans və seminarlarda iştirakına yardım göstərəcək.

Azərbaycan Turizm Şirkətləri Assosiasiyası 2009-cu ilin yanvarında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə yaradılıb. İdarə heyətinin tərkibinə "Improtex Travel", "Caspian Travel", "Pasha Travel", "Silkway Travel" və "Eurotourism" şirkətlərinin rəhbərləri daxildir. Ötən ilin oktyabrında AzTA ölkənin Mehmanxanalar Assosiasiyası ilə birləşib.

Assosiasiyanın əsas fəaliyyət istiqamətləri turizm şirkətlərinin maraqlarının qorunması, qanun layihələrinin işlənib hazırlanması, milli turizm şirkətinin yaradılmasına yardım, bazar iştirakçıları üçün təlim və seminarların keçirilməsi üzrə planın hazırlanması, Azərbaycan turizminin illik beynəlxalq sərgilərdə potensial reklam və təşviqatı üçün şərtlərin yaradılması, daxili turizmin inkişafı və dünya bazarında turizm məhsullarının təqdim olunmasıdır.

Həmçinin, fəaliyyət istiqamətlərinə konqres turizminin inkişafı və tətbiqi, idarəetmə və xidmət sahəsində peşəkar kadrların hazırlanmasına yardım, turizm sahəsində adekvat vergi qoyuluşunun yaradılması və normativ nizamlamalar, standartlaşdırma, sertifikatlaşdırma və lisenziyalaşdırmanın inkişafına yardım, beynəlxalq turizm şirkətləri ilə əməkdaşlıq, rəsmi nəşriyyat orqanının yaradılması, hüquqi məsləhətləşmələr sahəsində xidmətlər, normativ-hüquqi bazanın inkişafı çərçivəsində turizm şirkətlərinin hüquqlarının qorunması sahəsində əməkdaşlıq daxildir.

Xəbər lenti

Xəbər lenti