...

Azərbaycanda elektron auditin tətbiqi səyyar vergi yoxlamalarının sayının azalmasına şərait yaradacaq - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Aprel 2011 14:51 (UTC +04:00)
Azərbaycanda elektron auditin tətbiqi səyyar vergi yoxlamalarının sayının əhəmiyyətli dərəcədə azalmasına şərait yaradacaq.
Azərbaycanda elektron auditin tətbiqi səyyar vergi yoxlamalarının sayının azalmasına şərait yaradacaq - nazir

Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir N.İsmayılova/

Azərbaycanda elektron auditin tətbiqi səyyar vergi yoxlamalarının sayının əhəmiyyətli dərəcədə azalmasına şərait yaradacaq. Trend-in məlumatına görə, bu barədə cümə axşamı mətbuat konfransında vergilər naziri Fazil Məmmədov deyib.

"Bu gün 5 faizədək vergiödəyicisinə qarşı səyyar vergi yoxlamaları həyata keçirilir və biz hesab edirik ki, bu layihənin həyata keçirilməsi bizə bu faizi xeyli azaltmağa və auditi vergi xidmətlərinin ofisindən aparmağa imkan verəcək. Əlbəttə, bunun üçün texniki baxımdan hər iki tərəf, o cümlədən sahibkarlar da hazır olmalıdır", - Məmmədov qeyd edib.

Nazirin sözlərinə görə, elektron audit üçün hesabatların təqdim edilməsi imkanına iri şirkətlər malikdir, çünki onlar artıq mühasibatı beynəlxalq maliyyə hesabatları standartlarına uyğun aparırlar və ya bu standartlara keçid prosesindədirlər.

"Azərbaycan bankları da buna maksimum hazırdırlar. Gələcəkdə bu, orta sahibkarlıq üçün də mümkün olacaq. Bu layihənin həyata keçirilməsində mühüm amil fəaliyyətin şəffaflığının artırılması, vergi orqanları və vergiödəyicilər arasında birbaşa əlaqələrin səviyyəsinin azaldılmasıdır", - o qeyd edib.

Cümə axşamı Bakıda Avropa Komissiyası ilə birlikdə həyata keçirilən "Azərbaycan Vergilər Nazirliyinə elektron audit sisteminin yaradılması sahəsində dəstəyin göstərilməsi" tvininq layihəsinin təqdimatı keçirilib. Layihə Avropa Komissiyası tərəfindən maliyyələşdirilir və müqavilənin dəyəri bir milyon avrodur. Bu layihəyə 6 komponent daxildir: elektron auditin tətbiqi üçün lazım olan hüquqi bazanın hazırlanamsı, lazımi proqram təminatının seçilməsi, elektron audit üçün məlumat bazasının yaradılması, metodologiyanın hazırlanması və auditorlar üçün terninqlərin keçirilməsi, orta və iri sahibkarlar tərəfindən tətbiq edilən elektron mühasibatın tətbiqi təcrübəsinin inkişafı, Azərbaycanda elektron audit sisteminin tətbiqi.

Hər bir komponent beynəlxalq ekspertlər cəlb edilməklə həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti