...

Türkiyə pensiya təminatı sahəsində Azərbaycanın aparıcı tərəfdaşıdır - DSMF rəhbəri

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Aprel 2011 19:44 (UTC +04:00)
Azərbaycan sosial təminat sahəsində Türkiyə ilə uğurla əməkdaşlıq edir.
Türkiyə pensiya təminatı sahəsində Azərbaycanın aparıcı tərəfdaşıdır - DSMF rəhbəri

Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir A.Axundov/

Azərbaycan sosial təminat sahəsində Türkiyə ilə uğurla əməkdaşlıq edir. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rəhbəri Səlim Müslümov Türkiyənin əmək və sosial müdafiə nazirinin müavini Əhməd Zahteroğullarının başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdən qabaq jurnalistlərə bildirib.

"Ölkənin bu sahədə heç bir probleminin olmadığı Ukrayna ilə yanaşı, Türkiyə də pensiya təminatı sahəsində Azərbaycanın aparıcı tərəfdaşıdır ", - Müslümov deyib.

"Ölkələrimiz arasındakı müqaviləyə uyğun olaraq, Türkiyə vətəndaşının Azərbaycandakı əmək fəaliyyəti dövründə qazandığı əmək stajı və ya əksinə, onun ölkəsində olduğu kimi sayılır", - o bildirib.

Bununla yanaşı, onun sözlərinə görə, iki ölkə qanunvericiliyi arasındakı fərqlərdən irəli gələn bir sıra nüanslar var.

"Məsələn, Türkiyədə işçilərin tibbi sığortası və peşə xəstəlikləri və əmək qabiliyyətinin itirilməsindən sığorta ayrıca sosial müdafiə strukturu üzrə, Azərbaycanda isə bazar prinsipləri üzrə həyata keçirilir", - DSMF rəhbəri bildirib.

Onun sözlərinə görə, bugünkü görüş zamanı göstərilən məqamlar da müzakirə olunacaq, eləcə də bu sahədə təcrübə mübadiləsi aparılacaq.

Zahteroğullarının sözlərinə görə, bütün sahələrdə olduğu kimi, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər sosial müdafiə sahəsində də yüksək səviyyədədir.

Xəbər lenti

Xəbər lenti