...

"AtaSığorta" ilin birinci rübündə 1,474 milyon manat sığorta haqqı yığıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Aprel 2011 20:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir A.Axundov/

"AtaSığorta" şirkətinin 2011-ci ilin birinci rübü ərzində topladığı sığorta haqları 1,474 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 67,6% çoxdur. Trend-in məlumatına görə, bu barədə şirkətin cümə günü yaydığı məlumatda deyilir.

Məlumata görə, hesabat dövründə sığorta hadisələri üzrə aparılan ödənişlərin məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,187 milyon manat artaraq 0,254 milyon manat təşkil edib.

İlin ilk üç ayı ərzində şirkətin ümumi gəlirləri 2,292 milyon manat, ümumi xərcləri 2,122 milyon manat olmaqla, xalis mənfəəti 0,170 milyon manat təşkil edib.

"AtaSığorta" ASC 2004-cü ilin sentyabr ayından sığorta bazarında fəaliyyət göstərir. Şirkət sığortanın 23 könüllü və 5 icbari növü üzrə məhsullar təqdim edir. Səhmdarı "AtaHoldinq" ASC olan şirkətin faktiki ödənilmiş nizamnamə kapitalı 4,8 milyon manat təşkil edir.

Aprelin 15-nə olan rəsmi məzənnə 0,7927 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti