...

Azərbaycan yeni bərələr alır

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Aprel 2011 11:14 (UTC +04:00)
Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi (DXDG) və Xorvatiyanın "Uljanik" tərsanəsi Azərbaycan üçün yeni bərələrin inşasına dair niyyət protokolu imzalayıblar.
Azərbaycan yeni bərələr alır

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir S.Əliyev/

Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi (DXDG) və Xorvatiyanın "Uljanik" tərsanəsi Azərbaycan üçün yeni bərələrin inşasına dair niyyət protokolu imzalayıblar. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Dövlət Xəzər Dəniz Gəmiçiliyinin mnətbuat xidmətinin rəhbəri Vüqar Sadıxov deyib.

İmzalama mərasimində DXDG-nin rəhbəri Aydın Bəşirovun dediyinə görə, yaxın vaxtlarda Bakı-Tbilisi-Qars yeni dəmiryolu nəqliyyatı dəhlizinin açılışı gözlənilir ki, bu, TRACECA Avrasiya nəqliyyat dəhlizi ilə yük axınını xeyli artıracaq. O deyib ki, Gəmiçiliyin donanmasının artırılması çoxalmaqda olan yük həcmini nəql etməyə imkan verəcək.

Məlumata əsasən, Azərbaycan üçün bərələr "2+3" sxemi üzrə inşa ediləcək. Bir gəminin inşası 22 milyon avroya başa gələcək. Maliyyələşdirmənin Azərbaycanın dövlət büdcəsi hesabına həyata keçirilməsi planlaşdırılır.

Yeni bərələr ən müasir beynəlxalq tələblərə uyğun olacaq. Bunlar, təkmilləşdirilmiş konstruksiyalı gəmilər olacaq.

Bundan başqa, bu bərələrin vaqonları qəbul etmək imkanı 54 ədədə qədər artırılacaq.

Xəbər lenti

Xəbər lenti