...

Azərbaycanla Ukrayna arasında mal dövriyyəsi böhrandan əvvəlki səviyyəyə çatıb - Baş nazirin birinci müavini

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Aprel 2011 14:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir E.İsmayılov/

2010-cu ilin yekunları üzrə Azərbaycanla Ukrayna arasında mal dövriyyəsi 84 faiz artıb ki, bu da praktiki olaraq böhrandan qabaqkı dövr səviyyəsinə çatma deməkdir. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə Ukrayna Baş nazirinin birinci müavini, iqtisadi inkişaf və ticarət naziri Andrey Klyuyev bildirib.

"Bu gün Bakıda iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Ukrayna hökumətlərarası komissiyasının IX iclası keçiriləcək. Görüşdə energetika, maşınqayırma, kənd təsərrüfatı sahələrində əməkdaşlığın inkişafı məsələləri müzakirə olunacaq", - Klyuyev bildirib.

"Azərbaycanla Ukraynanı möhkəm iqtisadi əlaqələr birləşdirir və biz bu əlaqələri inkişaf etdirmək fikrindəyik", - o, deyib.

Xəbər lenti

Xəbər lenti