...

ASB Bankın Xətai şöbəsi fəaliyyətə başlamışdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Aprel 2011 10:06 (UTC +04:00)
Azərbaycan Sənaye Bankı öz xidmət şəbəkəsini genişləndirməkdə davam edir.
ASB Bankın Xətai şöbəsi fəaliyyətə başlamışdır

Azərbaycan Sənaye Bankı öz xidmət şəbəkəsini genişləndirməkdə davam edir. Belə ki, 16.04.2011 tarixindən etibarən "Bazarstore Xətai" (əvvəlki "Ramstore") supermarketində ASB Bankın yeni - "Xətai" şöbəsi fəaliyyətə başlamışdır.

"Xətai" şöbəsində aşağıdakı bank xidmətlərindən istifadə edə bilərsiniz:

  • Fiziki və hüquqi şəxslərin hesablarının açılması
  • Hesablaşma-kassa xidmətlərinin göstərilməsi
  • Pul Köçürmələri
  • Depozitlərin (əmanətlərin) qəbul edilməsi
  • Valyuta mübadilə əməliyyatlarının aparılması
  • Rabitə və kommunal ödənişlərin qəbulu

Həmçinin Azərbaycan Sənaye Bankının müştəriləri, hansı filialda kredit aldıqları və hesab açdıqlarından asılı olmayaraq digər filiallarda olduğu kimi bu şöbədə də ödənişlərini həyata keçirə bilərlər.

Qeyd edək ki, "Xətai" şöbəsi iş vaxtı banka gələ bilməyən müştərilərin ehtiyaclarını və Bazarstore supermarketinin iş vaxtı rejimini nəzərə alaraq, həftənin bütün günləri səhər saat 09:00-dan axşam 22:00-a kimi fasiləsiz iş rejimində xidmət göstərəcəkdir.

Ayrıca, supermarketin ərazisində quraşdırılan bankomat vasitəsilə, müştərilər həftənin 7 günü, günün 24 saatı nağd pul ehtiyaclarını da qarşılıya biləcəklər.

Xatırladaq ki Azərbaycan Sənaye Bankı Park Bulvar filialı həftənin 7 günü saat 10:00-dan 22:00-a kimi, Sumqayıt və Gəncə filialları isə həftənin 5 günü 9:00-dan 18:00-a kimi, Şənbə günləri isə 10:00-dan 16:00-a kimi müştərilərinə xidmət göstərir.

Azərbaycan Sənaye Bankı ASC
Xətai Şöbəsi

Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 1129-cu məhəllə.
Bazarstore supermarketi,

Tel.: (+994 12) 490 54 20
Faks: (+994 12) 490 54 20
E-mail: [email protected]
Web: www.asb.az
,

Xəbər lenti

Xəbər lenti