...

Türkiyə Azərbaycan pivəsinin ixracı üçün perspektivli bazarlardan biri ola bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Aprel 2011 13:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir İ.Xəlilova/

"Baltika-Bakı" pivə zavodunun Direktorlar Şuarsının dünən Bakıda keçirilən iclasında Azərbaycandan pivə məhsulunun ixrac tədarüklərinin artırılması imkanları müzakirə olunub.

"Biz gələcəkdə Azərbaycandan pivə məhsulunun ixrac həcminin artırılmasına ümid edirik. İxrac üzrə ilk belə təcrübə Gürcüstanda var, lakin bu həcm hələ ki nəzərəçarpacaq deyil", - Trend-ə "Baltika" pivə şirkəti" ASC-nin prezidenti Anton Artemyev ("Karlsberq Qrup"un Şərqi Avropa üzrə vitse-prezidenti) deyib.

Onun sözlərinə görə, ötən il Gürcüstan bazarına orta hesabla 90 min dekalitr pivə ixrac edilib və əsas ixrac olunan markalar "Baltika-9", "Baltika-7", "Baltika kuler" və "Arsenal"dır. 2009-cu ildə Gürcüstana 187 min dekalitr pivə idxal edilib. Bunun 44 min dekalitri "Baltika-Bakı"nın məhsulunun tədarük payına düşür.

Şirkət prezidenti Türkmənistanda pivə idxalı qaydalarının dəyişidirilməsi ilə əlaqədar ixrac üçün ən perspektivli bazarlardan biri hesab olunan Türkmənistana tədarükün başlanması vaxtını dəqiqləşdirməyib. "Lakin biz həmişə Bakıdan Türkmənistana pivə ixracı imkanını diqqət mərkəzində saxlayırıq", - Artemyev qeyd edib.

Bu halda o, ixrac tədarükləri üçün digər bazarların da meydana çıxması mümkünlüyünü, məsələn, Türkiyəni istisna etməyib. "Müəssisə qarşısında potensialda real ola biləcək bütün bazarlara ixrac üçün imkanların tədqiq edilməsi vəzifəsi qoyulub", - Artemyev vurğulayıb.

"Baltika-Bakı" zavodu pivənin "Xırdalan", "Əfsanə", "Bizim, "33-eksport" kimi növlərini istehsal edir. Bu il isə bazara yeni brend "Xırdalan-Draft" çıxarılıb. "Baltika" brendinin növləri də buraxılıb. Onların sırasında "Baltika-3 klassik", "Baltika-5 qızıl", "Baltika-7 eksport", "Baltika-9", "Baltika kuler", həmçinin "Arsenal" var.

"Bu brendlərdən böyük fərqlə "Xırdalan" liderlik edir və ötən ilin yekunlarının qiymətləndirilməsinə görə, o, orta hesabla bazarın 26 faizini tutub, bu isə istənilən bazarda bir brend üçün yüksək nailiyyətdir. Məsələn, Rusiyada "Baltika" pivəsinin payı orta hesabla 16-17 faiz təşkil edir. Bu da yaxşı göstəricidir", - Artemyev qeyd edib.

Xırdalanda 1969-cu ildə istismara verilən pivə istehsalı zavodu "Bakı-Pivə" İstehsalat Birliyinə məxsus olub və SSRİ-nin 6 ən iri pivə istehsalı müəssisəsindən biri olub. 1997-ci ildə zavod Fransanın "Group Castel2 konserninin idarəçiliyinə keçib. 1999-cu ildə zavodda irimiqyaslı yenidənqurma işləri aparılıb.

"Baku Castel" zavodu 2000-ci ildə açılıb. O vaxt zavodun istehsal gücü ildə 10 milyon dekalitrə qədər artırma imkanı ilə 6 milyon dekalitr təşkil edib.

2008-ci ildə müəssisənin məhsulu Azərbaycanın pivə bazarının 70 faizindən çoxunu tutub. 2008-ci il mayın 15-də "Baltika" şirkəti və "Brasseries Internationales Holding (Eastern) Ltd (BIH Eastern)" Xırdalandakı pivə istehsalı zavodunun alınmasına dair müqavilə imzalayıblar. Azərbaycanın Antiinhisar Xidmətinin sazişi təsdiqləməsindən sonra zavod "Baltika" şirkətinin tərkibinə daxil olub. 2009-cu ilin əvvəlindən zavodun adı "Baltika-Bakı"dır.

Hazırda "Baltika-Bakı" zavodunun maksimal gücü ildə 10 milyon dekalitr təşkil edir, halbuki Azərbaycan bazarının tələbatı 6 milyon dekalitr həcmində qiymətləndirilir. Ötən il zavod tərəfindən 330 min ton daldan çox pivə istehsal olunub (2009-cu illə müqayisədə 13 faiz artım).

Aprelin 22-nə olan rəsmi məzənnə 0,7917 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti