...

Azərbaycanda auditdən keçməyən təsərrüfat subyektlərinin aşkarlanması üçün mexanizm hazırlanır

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Aprel 2011 14:09 (UTC +04:00)
Son dövrlərdə Azərbaycanda hər il təsərrüfat subyektlərinin müraciətləri əsasında orta hesabla 3 min auditor yoxlaması aparılır.
Azərbaycanda auditdən keçməyən təsərrüfat subyektlərinin aşkarlanması üçün mexanizm hazırlanır

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir A.Axundov/

Son dövrlərdə Azərbaycanda hər il təsərrüfat subyektlərinin müraciətləri əsasında orta hesabla 3 min auditor yoxlaması aparılır. Trend-in məlumatına görə, bu barədə cümə günü Azərbaycan Auditorlar Palatasının sədri Vahid Novruzov Yeni Azərbaycan Partiyasının mənzil-qərargahında keçirilən mətbaut konfransında deyib.

"Bu, qanunvericiliyin tələblərinə uyğun olmayan, aşağı göstəricilərdir", - Novruzov bildirib.

Onun sözlərinə görə, son illər audit sahəsində qanunvericiliyə təsərrüfat subyektlərinin 10 faizi əməl edir.

Apreldə "Auditor xidmətləri haqqında" qanuna və İnzibati Xətəlar Məcəlləsinə əlavə və dəyişikliklər edilməsinin səbəblərindən biri də bu göstəricinin yaxşılaşdırılması olub.

Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə Nazirlər Kabinetinə iki ay ərzində auditdən keçməyən təsərrüfat subyektlərinin aşkarlanması, onlara qarşı tətbiq edilən cərimə məbləğinin müəyyənləşdirilməsi üçün mexanizmin hazırlanması ilə bağlı tapşırıq verilib.

"Biz, maraqlı tərəf kimi, 10-14-gün ərzində bu iş mexanizminin yaradılması üzrə təkliflər hazırlayacaq işçi qrup yaratmışıq", - Novruzov bildirib.

Xəbər lenti

Xəbər lenti