...

Azərbaycan bankı "Bank of Baku" yenilənmiş "Xaqani" filialını təqdim edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Aprel 2011 13:15 (UTC +04:00)
Cari il aprel ayının 22-si "Bank of Baku"nun "Xaqani" elektron şöbəsinin bazasında eyniadlı filial yaradılıb.
Azərbaycan bankı "Bank of Baku" yenilənmiş "Xaqani" filialını təqdim edib

Azərbaycan, Bakı, 25 aprel /Trend/

Cari il aprel ayının 22-si "Bank of Baku"nun "Xaqani" elektron şöbəsinin bazasında eyniadlı filial yaradılıb. Bu barədə bankın məlumatında deyilir. "Xaqani" filialının fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankının müvafiq icazəsi əsasında həyata keçirilir.

Daim müştərilərinin maraqlarının keşiyində dayanan "Bank of Baku" müntəzəm olaraq təqdim olunan xidmətlərin səviyyəsini artırmağa çalışır. Bankın yenilənmiş "Xaqani" fililalı Bakı şəhərinin mərkəzində, Xaqani, 2 və Mərdanov qardaşları, 8 küçələrinin kəsişməsində yerləşir və artıq fiziki və hüquqi şəxslərə müasir bank standartlarına cavab verən bütün bank xidmətlərini göstərir, o cümlədən:

  • Hesabların açılması
  • Depozitlərin qəbul edilməsi
  • İstehlak kreditlərinin verilməsi
  • Kommunal ödənişlər
  • Azercell, Bakcell, Nar Mobile və Catel danışıqları üzrə ödənişlərin qəbul edilməsi
  • Təcili pul köçürmələri
  • Plastik kartların sifariş edilməsi və verilməsi
  • Mübadilə əməliyyatları
  • Növbəsiz ödəniş köşkləri (Cash-in)

Qeyd edək ki, yeni filialların açılmasının məqsədi bank xidmətlərinin effektivliyinin artırılması, müştəri bazasının genişləndirilməsi, ən əsası isə həmin ərazidə yaşayan müştərilərə rahatlığın təmin olunmasıdır. Bu gün "Bank of Baku"nun artıq 11 filialı paytaxtda, 5 filialı isə regionlarda əhaliyə peşəkar bank xidmətlərini təqdim edir.

Bu il ərzində "Bank of Baku" filial şəbəkəsinin daha da genişləndirilməsini planlaşdırır və bu istiqamətdə bir sıra regionlarda müvafiq işlər aparılır.

"Bank of Baku"nun fəaliyyəti haqqında daha ətraflı məlumatı bankın Məlumat mərkəzi 145 nömrəsi vasitəsilə, www.bankofbaku.com web-saytında və ya həmin saytda fəaliyyət göstərən "Onlayn-məsləhətçi" xidmətinə müraciət edərək əldə etmək olar.

Xəbər lenti

Xəbər lenti