...

I rübdə Azərbaycanın Standartlaşdırma üzrə Dövlət Komitəsi 18 ixtira qeydə alıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Aprel 2011 15:57 (UTC +04:00)
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində 333 ədəd əmtəə nişanı, 18 ədəd ixtira, 9 ədəd sənaye nümunəsi, 3 ədəd faydalı model dövlət qeydiyyatına alınıb.
I rübdə Azərbaycanın Standartlaşdırma üzrə Dövlət Komitəsi 18 ixtira qeydə alıb

Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir A.Axundov/

Birinci rübdə Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində 333 ədəd əmtəə nişanı, 18 ədəd ixtira, 9 ədəd sənaye nümunəsi, 3 ədəd faydalı model dövlət qeydiyyatına alınıb. Trend-in məlumatına görə, bu barədə komitənin bazar ertəsi yaydığı məlumatda deyilir.

Məlumata əsasən, müvafiq sənədlər hüquqi sahiblərinə təqdim edilib.

Aprelin 26-da Beynəlxalq Əqli Mülkiyyət Günü qeyd edilir.

Xəbər lenti

Xəbər lenti