...

Astara rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Aprel 2011 20:41 (UTC +04:00)
Astara rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq
Astara rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq

Azərbaycan, Bakı, 25 aprel /Trend/

Astara rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi ARDNŞ-nin məlumatında deyilir.

Qaztənzimləyici şkafların quraşdırılması ilə əlaqədar aprelin 26-da saat 10:00-dan 17:00-dək "Astara" qazpaylayıcı stansiyasından və "Ərçivan" avtomat qazpaylayıcı stansiyasından təbii qazın təchizatı dayandırılacaq.

Həmin müddət ərzində Astara şəhəri də daxil olmaqla, Ərçivan, Artupa, Alaşa və Səncərədi kəndlərinə təbii qazın verilişində məhdudiyyətlər olacaq.

Xəbər lenti

Xəbər lenti