...

Aİ Azərbaycana həmişə maliyyə və tərəfdaş köməyi göstərməyə hazırdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Aprel 2011 15:07 (UTC +04:00)
Avropa İttifaqının tvininiq-layihələrinin əhəmiyyəti ondan ibarətdir ki, onlar nəticənin əldə olunmasına hesablanıb və onun üçün ümumi məsuliyyyəti nəzərdə tutur.
Aİ Azərbaycana həmişə maliyyə və tərəfdaş köməyi göstərməyə hazırdır

Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir Y.Ostapenko/

Avropa İttifaqının tvininiq-layihələrinin əhəmiyyəti ondan ibarətdir ki, onlar nəticənin əldə olunmasına hesablanıb və onun üçün ümumi məsuliyyyəti nəzərdə tutur. Bu barədə çərşənbə axşamı Aİ-nin Azərbaycandakı nümayəndə heyətinin rəhbəri Rolan Kobia Bakıda "Əməyin təhlükəsizliyi və gigiyenasının idarə edilməsi sistemi: fasiləsiz təkmilləşdirmə yolları" mövzusunda keçirilən beynəlxalq konfransda bildirib.

Konfrans çərçivəsində Aİ ilə birgə "Əməyin təhlükəsizliyi və gigiyenasının təkmilləşdirilməsi istiqamətində Dövlət Əmək Müfəttişliyi Xidmətinə dəstək" tvininq layihəsinə rəsmi start verilib.

Layihə çərçivəsində Aİ tərəfindən Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Gigiyena və Əməyin Mühafizəsi Xidmətinə, eləcə də Dövlət Əmək Müfəttişliyinə kömək təqdim olunub.

Avropa İttifaqı layihənin reallaşdırılmasına bir milyon manat vəsait ayırıb.

"Layihə çərçivəsində əldə olunacaq hər şey müvafiq nazirlikdə qalacaq və bu, bu tip layihələrdəki əsas aspektdir", - Kobia bildirib.

Onun sözlərinə görə, layihənin əsas məqsədi ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi üzrə mexanizmin yaradılmasıdır. Azərbaycanla bu əməkdaşlıqda Aİ effektiv siyasi dialoqa, effektiv ticarətə və islahatların dəstəklənməsinə can atır.

İl yarım müddətə nəzərdə tutulan layihə Almaniyanın Əmək və Sosial Müdafiə Federal Naziliyi ilə Almaniyanın Qessen torpağı Əmək, Ailə və Səhiyyə Nazirliyi ilə birgə həyata keçiriləcək.

"Avropa İttifaqı təcrübə mübadiləsində maraqlıdır. Ona görə də məhz Almaniyanın layihəni həyata keçirməsi və əməyin müdafiəsi sahəsində təcrübəsini Azərbaycanla bölüşməsi vacibdir, çünki bu sahə Almaniyada yüksək səviyyədədir", - Kobia bildirib.

Onun sözlərinə görə, Hollandiya da layihənin inkişafına töhfə verəcək.

Azərbaycanda əhalinin sosial müdafiəsi sahəsində qanunvericiliyin təkmilləşdirilməsini nəzərdə tutan hazırkı layihə Avropa İttifaqının Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə həyata keçirdiyi ilk layihə deyil.

Dünya Bankı ilə də də oxşar layihə reallaşdırılır.

"Azərbaycan özünün metodlarına, iş qaydalarına uyğun fəaliyyət göstərir və biz onlara hörmət edirik", - Kobia deyib.

"Aİ həmişə Azərbaycana təkcə layihənin maliyyələşdirilməsi mənbəyi kimi deyil, həm də tərəfdaş kimi layihənin reallaşdırılmasında istənilən köməyi göstərməyə hazırdır", - Kobia bildirib.

Xəbər lenti

Xəbər lenti