...

Azərbaycanın Hesablama Palatası dövlət vəsaitlərindən istifadə üzrə bir sıra audit proqramlarını təsdiq edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Aprel 2011 16:37 (UTC +04:00)
Hesablama Palatasının növbəti kollegiya iclasında palatanın iş planına müvafiq olaraq bir sıra müəssisə və təşkilatlarda həyata keçiriləcək nəzarət tədbirlərinin audit proqramları müzakirə edilib.
Azərbaycanın Hesablama Palatası dövlət vəsaitlərindən istifadə üzrə bir sıra audit proqramlarını təsdiq edib

Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir A.Axundov/

Azərbaycanın Hesablama Palatasının növbəti kollegiya iclasında palatanın iş planına müvafiq olaraq bir sıra müəssisə və təşkilatlarda həyata keçiriləcək nəzarət tədbirlərinin audit proqramları müzakirə edilib. Trend-in məlumatına görə, bu barədə palatanın məlumatında deyilir.

Müzakirələr nəticəsində Azərbaycanın "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin Göyçay və İsmayıllı Suvarma Sistemləri idarələrinə dövlət büdcəsinin "Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi" bölməsinin "Meliorasiya tədbirləri" paraqrafından ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinə, Azərbaycan Vergilər Nazirliyinin 10 saylı Ərazi Vergilər İdarəsində vergi qanunvericiliyinə riayət edilməsi vəziyyətinə, dövlət büdcəsindən Bakı şəhər İcra Hakimiyyətinə aparatın saxlanılması və dövlət əsaslı vəsait qoyuluşu üzrə ayrılan vəsaitlərin istifadəsinə, dövlət əsaslı vəsait qoyuluşu üzrə Azərbaycan Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-yə İsmayıllı-Lahıc avtomobil yolunun və Zaqatala şəhəri ərazisində Tala çayı üzərində körpünün tikintisi, habelə İmişli və Salyan Yol İstismar idarələri üzrə ayrılan vəsaitlərin istifadəsinə və Dövlət Sosial Müdafiə Fondunun Xaçmaz rayon şöbəsinin gəlir və xərclərinin icrasına dair audit proqramları təsdiq olunub.

İclasda həmçinin dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən təhsil bölməsi üzrə Təhsil Nazirliyinə (o cümlədən, məktəbdənkənar müəssisələrə, internatlara, xüsusi rejimli internatlara, uşaq evlərinə və digər təhsil müəssisələrinə) ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinə və "Azərlotereya" ASC tərəfindən lotereyaların təşkili və keçirilməsi, emissiya edilən lotereyaların həcmi, strukturu, satışı və əldə edilən vəsaitlərin təyinatı üzrə istifadəsinə dair audit proqramları da təsdiq edilib.

Xəbər lenti

Xəbər lenti