...

Azərbaycan "Anglo Asian Mining plc"nin "Ordubad" yatağının kəşfiyyatına dair lisenziyasını uzadıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Aprel 2011 17:16 (UTC +04:00)
Azərbaycan hökuməti ölkədə qızıl istehsalçısı olan "Anglo Asian Mining plc" şirkətinin "Ordubad" yatağının 462 kvadratkilometrinin kəşfiyyatına dair lisenziyasını bir il müddətinə uzadıb.
Azərbaycan "Anglo Asian Mining plc"nin "Ordubad" yatağının kəşfiyyatına dair lisenziyasını uzadıb

Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir N.İsmayılova/

Azərbaycan hökuməti ölkədə qızıl istehsalçısı olan "Anglo Asian Mining plc" şirkətinin "Ordubad" yatağının 462 kvadratkilometrinin kəşfiyyatına dair lisenziyasını bir il müddətinə uzadıb. Bu barədə şirkətin məlumatında deyilir.

Yatağın kəşfiyyat dövrü 2012-ci ilin aprelinədək davam edəcək. Hökumət şirkətin 2011-ci ilin fevralında təqdim etdiyi "Qoşa" yatağında görülən işlərin nəticələri barədə hesabatını da qəbul edib.

"Qoşa" müqavilə ərazisində geoloji-kəşfiyyat işləri müsbət nəticələr verməkdə davam edir. "Anglo Asian Mining plc" hesab edir ki, ən azı bir minerallaşdırılmış zonanın resurslarının olması potensialı var. Bu zona "Qoşa"da kəşf edilən 9 mineral zonadan biridir və hazırda tədqiq edilir. İndi şirkətin "Qoşa" yatağında işlənmə və istehsal proqramını həyata keçirməsi üçün ixtiyarında 6 ay var.

"Aqressiv kəşfiyyat proqramlarının həyata keçirilməsi yolu ilə şirkətin ümumi ehtiyatlarının həcminin artırılması bizim üçün əsasdır. Buna görə də biz "Ordubad" yatağının kəşfiyyatına və "Qoşa" yatağında son məqsədi mədənin yaradılmasına olan lisenziyamızın qüvvədə olma müddəti uzadıldığı üçün şadıq", - şirkətin baş direktor Rza Vəziri deyib.

"Anglo Asian Mining plc" 1997-ci ilin avqustunda Azərbaycan hökuməti ilə imzalanan PSA tipli (hasilatın pay bölgüsü) saziş əsasında Azərbaycanın cənub-qərbində yerləşən altı - "Gədəbəy", "Ordubad", "Qoşa Bulaq", "Qızıl Bulaq", "Vejnəli" və "Söyüdlü" yataqlarının işlənməsi hüququna malikdir.

Xəbər lenti

Xəbər lenti