...

Azərbaycan Milli Depozit Mərkəzi idarəetmə iyerarxiyasını təkmilləşdirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Aprel 2011 15:44 (UTC +04:00)
Aprelin 21-də "Milli Depozit Mərkəzi" QSC-nin səhmdarlarının ümumi yığıncağı və Müşahidə Şurasının birgə iclasında MDM idarə heyəti və Müşahidə Şurasının formalaşdırılması ilə bağlı qərar qəbul edilib.
Azərbaycan Milli Depozit Mərkəzi idarəetmə iyerarxiyasını təkmilləşdirib

Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir N.İsmayılova/

Aprelin 21-də "Milli Depozit Mərkəzi" QSC-nin səhmdarlarının ümumi yığıncağı və Müşahidə Şurasının birgə iclasında MDM idarə heyəti və Müşahidə Şurasının formalaşdırılması ilə bağlı qərar qəbul edilib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü mərkəzin saytında dərc edilmiş məlumatda deyilir.

"MDM-in qabaqcıl korporativ idarəetmə sisteminin tətbiqi üzrə keçdiyi yolu nəzərə alaraq iclasda mühüm qərarlar qəbul edilib. Belə ki, MDM-də idarəetmə iyerarxiyasının möhkəmləndirilməsini təmin etmək məqsədilə idarə heyəti və Müşahidə Şurasının formalaşdırılması ilə bağlı qərar qəbul edilib", - məlumatda deyilir.

Səhmdarların ümumi yığıncağının qərarı ilə Bəxtiyar Əzizov Müşahidə Şurasının sədri, QKDK Hüquq şöbəsinin müdiri Kamran Babayev və QKDK Tədqiqatlar və bazarın inkişafı şöbəsinin müdiri Əmin Muradov Müşahidə Şurasının üzvləri seçiliblər.

Fariz Əzizov idarə heyətinin sədri, Aqşin Cahangirov idarə heyəti sədrinin birinci müavini, Fuad Sadıqov idarə heyəti sədrinin müavini, Elçin Vəlizadə isə daxili auditor vəzifələrinə təyin ediliblər.

Bununla da MDM bundan əvvəl qəbul edilmiş 2010-2012-ci illər üzrə inkişaf strategiyasına uyğun olaraq korporativ idarəetmə strukturlarının təkmilləşdirilməsi üzrə bir sıra tədbirlər həyata keçirib.

Xəbər lenti

Xəbər lenti