...

Azərbaycan İpoteka Fondu təmin edilmiş istiqrazların 42 faizini yerləşdirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 May 2011 18:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 may /Trend, müxbir N.İsmayılova/

Bazar ertəsi Bakı Fond Birjasında (BFB) ölkənin Mərkəzi Bankı yaynında fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun (AİF) faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının 3 milyon manatlıq hissəsi yerləşdirilib. Trend-in məlumatına görə, bu barədə birjanın bazar ertəsi yaydığı məlumatda deyilir.

Hərracda 2 investor iştirak edib. Sifarişlərin ümumi məbləği nominal üzrə 10 008 000 manat təşkil edib. İstiqrazların tam həcmi yerləşdirilib. Sifarişlər 100,8750 faiz qiymətdə təqdim edilib.

İstiqraz vərəqələrinin ödəmə tarixi 11 dekabr 2017-ci ildir. Tələbin təklifi üstələyəcəyi təqdirdə, sifarişlər proporsional qaydada təmin ediləcək. İstiqrazların yerləşdirilməsinin ilkin anderrayteri qismində Azərbaycan Mərkəzi Bankı çıxış edir.

AİF istiqrazlarının emissiya prospekti Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən 19 noyabr 2010-cu ildə qeydə alınıb.

Yerləşdirmə hər birinin nominal dəyəri 1000 manat olan 60 milyon manat məbləğində qeydə alınan faizli, sənədsiz, təmin edilmiş, adlı istiqrazların emissiyasından aparılır. İstiqrazlar üzrə gəlir 3 faizdir. Bu emissiyanın yerləşdirilməsi yanvarın 17-də başlayıb və hazırda 25 milyon manat məbləğində istiqraz satılıb.

İndiyədək AİF 55 milyon manatlıq təmin edilmiş ipoteka istiqrazlarını və 75 milyon manatlıq təmin edilməmiş iki emissiyanı yerləşdirib.

Mayın 2-nə olan rəsmi məzənnə 0,7916 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti