...

Azərbaycan İran ilə birgə gömrük buraxılış məntəqəsinin yaradılması məsələsini müzakirə etmir - DGK rəhbəri

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 May 2011 16:41 (UTC +04:00)
Hazırda Azərbaycan İran ilə birgə gömrük buraxılış məntəqəsinin yaradılması məsələsini müzakirə etmir.
Azərbaycan İran ilə birgə gömrük buraxılış məntəqəsinin yaradılması məsələsini müzakirə etmir - DGK rəhbəri

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir A.Axundov/

Hazırda Azərbaycan İran ilə birgə gömrük buraxılış məntəqəsinin yaradılması məsələsini müzakirə etmir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev deyib.

"Bir pəncərə" prinsipi üzrə yoxlamaların həyata keçirilməsi məsələsində çoxlu mürəkkəb amillər var. Onlardan biri bunun hansı ölkənin ərazisində həyata keçirilməsi ilə bağlıdır", - Əliyev bildirib.

Onun sözlərinə görə, Azərbaycan qanunvericiliyinə əsasən, ölkədə gömrük yoxlanışını yalnız DGK həyata keçirə bilər. Onun üzvləri isə yalnız Azərbaycan vətəndaşları ola bilər.

"Digər məsələ - Azərbaycan və ya İran ərazisində pozuntular olarsa, onlara necə baxılacaq, bu hansı ölkənin yurisdiksiyası əsasında olacaq. Çünki məsuliyyətə cəlb edilmədə ərazi prinsipi tətbiq olunur", - Əliyev əlavə edib.

Xəbər lenti

Xəbər lenti