...

"Moody's" Azərbaycan bankı "Unibank"ın uzunmüddətli reytinqini B2 səviyyəsində təsdiq edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 May 2011 15:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir N.İsmayılova/

"Moody's Investors Service" beynəlxalq reytinq agentliyi Azərbaycan bankı "Unibank"ın E+ (BFSR) maliyyə sabitliyi reytinqi, milli və xarici valyutada olan depozitlərin B2 uzunmüddətli depozit reytinqi və xarici valyutada qısamüddətli depozit reytinqini B2 səviyyəsində təsdiq edib. Trend-in məlumatına görə, bu barədə cümə günü reytinq agentliyinin məlumatında deyilir. Depozitlərin uzunmüddətli reytinqləri üzrə mənfi, maliyyə sabitliyi reytinqi üzrə "Sabit" prqonozu verilib.

"Moody's"in məlumatına görə, bankın maliyyə sabitliyi reytinqi kapitallaşdırmanın yüksək səviyyəsini və likvidliyə adekvat olan səhmdarların maliyyə dəstəyini əks etdirir. Reytinq zəif rentabellik və probelmli kreditlərin nisbətən yüksək səviyyəsini, xarici valyutada kreditləşmənin yüksək həcmini də əks etdirir.

"Moody's"in В2 reytinqi üzrə mənfi proqnozun müəyyənləşdirilməsinə dair qərarı bankın hazırkı mənfi maliyyə göstəricilərini, xüsusilə də aşağı rentabellik və indiyədək təmin edilməyən problemli kreditlərin nisbətən yüksək səviyyəsini əks etdirir.

2010-cu ildə "Unibank" 8 milyon manat təmiz itki verdiyi barədə məlumat yayıb. Belə ki, onun rentabelliyi mümkün itkilər üçün ehtiyatların artırılması, eləcə də son illər kredit portfelinin və əsas gəlirlərin azalması ilə bağlı xeyli pisləşib. Hərçənd ki, "Unibank" 2011-ci ilin birinci rübü üçün xalis gəliri haqqında məlumat vermişdi, ortatəcili perspektivdə onun gəlirliyi mübahisəli qala bilər.

İşləməyən kreditlərin payı (90 gündən çox müddəti uzadılan borclar) 2010-cu ilin yekunları üzrə kreditlərin ümumi həcminin 16 faizinə çatıb, halbuki bankın mümkün itkilərə görə borclar üzrə ehtiyatları 13 faizə yaxın olaraq qüvvədə olmayan kreditlərin cəmi 82 faizini ödəyib.

"Moody's" onu da qeyd edir ki, hazırda "Unibank"ın kapitallaşdırılması adekvatdır, kapitalın kifayət əmsalı 31 dekabr 2010-cu il tarixinə 16,9 faiz təşkil edib. Kapitalın buferi bankın gözlənilən kredit itkilərinin ödənilməsi üçün kifayət edir.

"Moody's" izah edib ki, bank mənfəətin sabit yaxşılaşmasını və aktivlərin keyfiyyətini nümayiş etdirsə, "Unibank"ın proqnozu qısamüddətli və ortamüddətli perspektivdə bu halda stabilə deyişə bilər. Digər tərəfdən azalan təzyiq "Unibank"ın reytinqinə bankın riskli portfelində istənilən əlverişsiz dəyişikliklər, xüsusilə də bankın likvidlik vəziyyətinin xeyli pisləşməsi, eləcə də aktivlərin üzərində nəzarəti həyata keçirə bilməmək üzrə göstərilə bilər.

31 dekabr 2010-cu il tarixinə olan vəziyyətə görə, bankın ümumi aktivləri 465 milyon dollar, nizamnamə kapitalı 53 milyon dollar, xalis itkiləri isə 10 milyon dollar təşkil edib.

Xəbər lenti

Xəbər lenti