...

Azərbaycan bankı "Texnika Bank"ın gəliri ilin əvvəlindən 191 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 May 2011 15:21 (UTC +04:00)
2011-ci ilin ilk dörd ayının yekunlarına görə, "Texnikabank" ASC-nin aktivləri ilin əvvəli ilə müqayisədə 6,7 faiz artaraq 528,7 milyon manat olub. Eyni zamanda, bank uğurlu kredit siyasətini davam etdirib və kredit portfelini 11 faiz artıraraq 360,6 milyon manata çatdırıb.
Azərbaycan bankı "Texnika Bank"ın gəliri ilin əvvəlindən 191 faiz artıb

Azərbaycan, Bakı, 11 may /Trend, müxbir N.İsmayılova/

2011-ci ilin ilk dörd ayının yekunlarına görə, "Texnikabank" ASC-nin aktivləri ilin əvvəli ilə müqayisədə 6,7 faiz artaraq 528,7 milyon manat olub. Eyni zamanda, bank uğurlu kredit siyasətini davam etdirib və kredit portfelini 11 faiz artıraraq 360,6 milyon manata çatdırıb. Trend-in məlumatına görə, bu barədə bankın çərşənbə günü yaydığı məlumatda deyilir.

Fiziki şəxslərin əmanətlərinin 2010-cu ildən başlayan artım tendensiyası 2011-ci ilin ilk dörd ayı ərzində də davam edib. Belə ki, müddətli əmanətlər ilin əvvəli ilə müqayisədə 13,6 faiz artaraq 155 milyon manatdan 176 milyon manata catıb. Bankın mənfəəti 2010-cu ilin ilk dörd ayı ilə müqayisədə 191 faiz artaraq 2,9 milyon manat təşkil edib.

2011-ci ilin bank üçün ən əhəmiyyətli nəticələrindən biri də bankın məcmu kapitalının ilk dörd ay ərzində 54 faiz artımı olub və hesabat dövründə bankın məcmu kapitalı 98,6 milyon manata çatdırılıb. Nizamnamə kapitalında isə 20 faiz artım müşahidə olunub və 64,8 milyon manat həddində olub.

"Texnikabank" ASC 1993-cü ildə təsis olunub və hazırda ölkənin bank sektorunda sistem əhəmiyyətli banka çevrilib. Geniş filial şəbəkəsinə malik olan bankın Bakı şəhəri və regionlarda yerləşən 35 filial və 5 şöbəsi istifadəyə verilib. Hazırda "Texnikabank" özünün 637 işçidən ibarət personalı ilə müştərilərinə bütün növ bank xidmətləri göstərir.

Mayın 11-nə olan rəsmi məzənnə 0,7911 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti