...

"Fitch" Azərbaycanın investisiya reytinqinin proqnozunu yaxşılaşdırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 May 2011 18:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir N.İsmayılova/

Mayın 17-də "Fitch Ratings" beynəlxalq reyting agentliyi Azərbaycanın uzunmüddətli yerli və xarici valyutada reytinqini "BBB-" investisiya səviyyəsində saxlayaraq, reytinq üzrə proqnozun "Sabit"dən "Pozitiv"ə dəyişdirilməsi barədə qərar qəbul edib. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Maliyyə Nazirliyinin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

"BBB-" investisiya səviyyəsində reytinq Azərbaycana agentlik tərəfindən 2010-cu il mayın 20-də verilib.

"Azərbaycanın reytinq üzrə proqnozunun dəyişdirilməsi dövlət maliyyəsinin idarə olunmasında və ölkənin tədiyyə balansı göstəricilərinin güclənməsində vasitəçi qismində çıxış edən ölkəyə daxil olan neft gəlirlərinin artması ilə əlaqədardır", - "Fitch"in məlumatında deyilir.

Nazirlikdə hesab edirlər ki, Azərbaycan Respublikasına "BBB-" kredit reytinqinin təsdiq edilməsi ölkəmizə beynəlxalq maliyyə icması tərəfindən etimadın ötən dövr ərzində qorunub saxlanılmasının, hökumət və ölkəmizin iri şirkətləri tərəfindən beynəlxalq maliyyə bazarlarında borclanma məqsədilə qiymətli kağızların emissiyası üçün zəruri şəraitin mövcudluğunun göstəricisi olmaqla yanaşı, Azərbaycanın beynəlxalq kapital bazarına daha asanlıqla çıxışı üçün əlverişli şərait yaradır.
"Fitch Ratings" Azərbaycan Respublikasına reytinqi ilk dəfə 2000-ci ilin iyun ayında təyin edib. Hazırda Azərbaycan Respublikasının "Moody's Investors Service" beynəlxalq reytinq agentliyi tərəfindən təyin edilmiş "Ba1" və "Standard & Poors" beynəlxalq reytinq agentliyi tərəfindən təyin edilmiş "BB+" reytinqləri də var.

Xəbər lenti

Xəbər lenti