...

Dünya Bankı Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı ilə bağlı layihənin icrasının monitorinqini aparır

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 May 2011 15:14 (UTC +04:00)
Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı layihəsinin icrasının gedişatı və layihədə nəzərdə tutulmuş tədbirlərin monitorinqi məqsədi ilə Dünya Bankının ekspertlərindən ibarət missiya Bakıya gəlib.
Dünya Bankı Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı ilə bağlı layihənin icrasının monitorinqini aparır

Azərbaycan, Bakı, 19 may /Trend, müxbir A.Axundov/

Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı layihəsinin icrasının gedişatı və layihədə nəzərdə tutulmuş tədbirlərin monitorinqi məqsədi ilə Dünya Bankının ekspertlərindən ibarət missiya Bakıya gəlib. Trend-in məlumatına görə, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin cümə axşamı yaydığı məlumatda deyilir.

Azərbaycan hökuməti və Dünya Bankı 2007-ci ilin iyulunda daşınmaz əmlakın vahid kadastr sisteminin birgə tətbiqi barədə saziş imzalayıblar. Layihə 4 komponentdən ibarətdir - daşınmaz əmlak qeydiyyatı, dövlət əmlakı idarəsi və reyestri, baza torpaq xəritəsi və torpaq kadastrı, treninqlər, siyasətin formalaşması və layihənin idarəsi. Layihənin dəyəri 38,57 milyon dollar təşkil edir, onun 30 milyon dolları Dünya Bankının kreditinin payına düşür. Kredit resursları beş illik güzətli dövr ərzində 20 illik müddətə ayrılıb.

Dünya Bankının tapşırıq qrupunun rəhbəri Malkolm Çilders, əmlakın idarə edilməsi və qiymətləndirilməsi üzrə ekspert Saymon Keyz, informasiya texnologiyaları üzrə ekspert xanım Rumyana Tançovskanın daxil olduğu missiyanın səfəri mayın 20-dək davam edəcək.

Məlumata əsasən, Dünya Bankının missiyası layihə çərçivəsində İT sistemlərinin və daşınmaz əmlakın rəqəmsal kadastr xəritələrinin hazırlanması, habelə işçilər üçün təlim planlarının həyata keçirilməsi vəziyyəti ilə tanış olublar, Dövlət Komitəsində və Şamaxıda komitənin regional bölmələrində bir sıra görüşlər keçiriblər.

Xəbər lenti

Xəbər lenti