...

Azərbaycan il ərzində tütün ixracını 2,18 dəfə artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 May 2011 13:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir A.Axundov/

Yanvar-apreldə Azərbaycan 3,646 milyon dollar məbləğində tütün və tütün məmulatları ixrac edib. Bu, ötən ilin analoji dövr göstəricisini 2,18 dəfə ötür və ixracın ümumi həcminin 0,05 faizini təşkil edir. Bu barədə şənbə günü Trend-ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Məlumata əsasən, ilk dörd ayda Azərbaycanın ixracının çox hissəsi - 85,39 faizi xam neft ixracının payına düşüb. Yanvar-apreldə 6,835 milyard dollar məbləğində xam neft ixrac olunub. Bu, ötən ilin analoji dövr göstəricisini 28,77 faiz ötür.

Hesabat dövrü ərzində 458,129 milyon dollar məbləğində (il ərzində 9,28 faiz artım) neft məhsulları ixrac edilib. Bu, ölkənin ümumi ixracının 5,72 faizini təşkil edir.

Bundan başqa, 23,825 milyon dollar məbləğində kimya məhsulları (34,88 faiz artım, ümumi ixracda payı 0,3 faiz), 3,77 milyon dollarlıq toxumlardan təmizlənmiş pambıq (68,83 faiz artım, ümumi ixracda payı 0,05 faiz), 58,076 milyon dollar məbləğində qara metallar və onlardan hazırlanan məmulatlar (60,2 faiz artım, ümumi ixracda payı 0,73 faiz), 1,615 milyon dollar məbləğində alümin və ondan hazırlanan məmulatlar (27,59 faiz artım, ümumi ixracda payı 0,02 faiz), 26,395 milyon dollar məbləğində meyvə və tərəvəz (46,88 faiz artım, ümumi ixracda payı 0,33 faiz), 3,747 milyon dollar məbləğində alkoqol və alkoqolsuz içkilər (29,44 faiz azalma, ümumi ixracda payı 0,05 faiz), 74,763 milyon dollar məbləğində bitki yağları və heyvan yağları (13,83 faiz artım, ümumi ixracda payı 0,93 faiz) ixrac olunub.

Yanvar-aprel ərzində Azərbaycanın ixrac əməliyyatları 8,004 milyard dollar təşkil edib. Bu, 2010-cu ilin analoji dövr göstəricisi ilə müqayisədə 30,59 faiz çoxdur.

İdxal 2,717 milyad dollar təşkil edib. Bu, 2010-cu ilin analoji dövrü ilə müqayisədə 54,12 faiz çoxdur.

Bu müddət ərzində ölkənin mal dövriyyəsinin ümumi həcmi 10,721 milyard dollar təşkil edib. Bu, ötən ilin analoji dövr göstəricisini 32,84 faiz ötür.

Xarici ticarət əməliyyatlarında 5,287 milyard dollar məbləğində müsbət saldo yaranıb.

Xəbər lenti

Xəbər lenti