...

Aqrar sektorda Azərbaycan və Niderlandın əməkdaşlığı böyük potensiala malikdir - səfir

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 May 2011 12:48 (UTC +04:00)
Aqrar sektorda Azərbaycan və Niderlandın əməkdaşlığı böyük potensiala malikdir.
Aqrar sektorda Azərbaycan və Niderlandın əməkdaşlığı böyük potensiala malikdir - səfir

Azərbaycan, Bakı, 24 may /Trend, müxbir A.Axundov/

Aqrar sektorda Azərbaycan və Niderlandın əməkdaşlığı böyük potensiala malikdir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı iki ölkənin kənd təsərrüfatı şirkətlərinin nümayəndələrinin iştirakı ilə keçirilən biznes-forumda Niderlandın Azərbaycandakı səfiri Aryen Piter Uyterlinde bildirib.

"Niderland kənd təsərrüfatı sahəsində zəngin təcrübəyə malikdir və bu sahədə Azərbaycan ilə əməkdaşlıqda maraqlıdır", - Uyterlinde deyib.

Çərşənbə axşamı Bakıda Azərbaycan nazirlikləri və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə iki ölkənin işgüzar dairələrinin görüşü keçirilib.

Səfirin sözlərinə görə, bu tədbirə hazırlıq artıq çoxdan gedir və o, ikitərəfli əlaqələrin gələcək inkişafında yaxşı təməl olacaq.

Mayın 23-dən tərkibində Niderlandın təxminən 20 kənd təsərrüfatı şirkətinin əməkdaşlarının olduğu nümayəndə heyəti Azərbaycanda səfərdədir. Səfər mayın 26-dək davam edəcək.

Niderland şirkətləri geniş fəaliyyət dairəsini, eləcə də bostançılığı, qida sahəsini, heyvandarlığı, əkinçiliyi və gülçülüyü təmsil edirlər.

Biznes-forumda aşağıdakı şirkətlərin nümayəndələri iştirak edirlər:

Şirkətlərin adları

Fəaliyyət sahəsi

DSM

Heyvanlar üçün yem istehsalı

Provimi

Qida konsentratlarının istehsalı

Schils

Süd əvəzedicilərinin istehsalı

Source Food

Ərzaq məhsullarının istehsalı

Bosch Inveka Wilk van der Sande

İstixanalar

Bom Greenhouses

İstixanalar

Dalsem

İstixanalar

Avalon

Üzvi əkinçilik

Next Fruit Generation

Meyvələrin yetişdirilməsi

Global Plant Holland

Tropik ağacların yetişdirilməsi

Bakker Brothers

Şitil yetişdirilməsi

MPS

Sallaqxalar üçün avadanlıq

Pluriton

Quşçuluq

Cowhouse

Mal-qara üçün pəyə

JOZ

Peyintəmizləmə sistemi

Ottevanger

Taxıl emalı

Farm Service

Südsağan texnika

Ganlok

Kartof emalı üçün avadanlıq

Xəbər lenti

Xəbər lenti