...

Azərbaycandan Avropaya aviareyslərin həyata keçirilməsində problem yoxdur

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 May 2011 15:42 (UTC +04:00)
Bu gün Avropa istiqamətində aviareyslərin həyata keçirilməsi ilə bağlı problem gözlənilmir.
Azərbaycandan Avropaya aviareyslərin həyata keçirilməsində problem yoxdur

Azərbaycan, Bakı, 25 may /Trend, müxbir E.İsmayılov/

Bu gün Avropa istiqamətində aviareyslərin həyata keçirilməsi ilə bağlı problem gözlənilmir. Bu barədə çərşənbə günü Trend-ə Heydər Əliyev adına Beynəlxalq Hava Limanından bildiriblər.

"Bu gün reyslərin ləğv ediləcəyi və ya yubanacağı gözlənilmir", - aeroportdan deyiblər.

Bazar ertəsi "Azərbaycan Hava Yolları" QSC İslandiya ərazisində aktiv vulkan püskürmələri və kül buludunun yaranması ilə əlaqədar Bakı-Aberdin-Bakı reysinin icrasını ləğv edib.

İslandiya bazar günü Qrimsvotn vulkanının aktivləşməsi ilə əlaqədar özünün hava məkanını bağlayıb. Bu barədə Frans-Press agentliyi İslandiyanın Mülki Aviasiya İdarəsinə istinadən məlumat verib. İslandiyanın cənub-şəqrində yerləşən və şənbə günü püskürməyə başlayan Qrimsvotn vulkanından tüstü 20 kilometrədək yüksəkliyə qalxıb.

Xəbər lenti

Xəbər lenti